İyun 15, 2020

Ombudsman mətbuata və sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva kütləvi informasiya vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Kanal8 xəbər verir ki, müraciətdə deyilir:

“Məlum olduğu kimi, Azərbaycanda yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir. Ötən müddət ərzində xüsusi karantin rejimi dövründə həyata keçirilən təxirəsalınmaz tədbirlərin qanunauyğun nəticəsi kimi, yoluxma hallarının sayı minimuma endirilmiş, ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı isə yeni yoluxma hallarının sayını kəskin üstələmişdir.

Amma xüsusi karantin rejiminin yumşaldılmasından sonra infeksiyaya yoluxma halları yenidən artmışdır ki, bunun da başlıca səbəbi bir çox insanın müəyyən olunmuş qaydalara, o cümlədən sosial məsafənin qorunması, tibbi maska kimi qoruyucu vasitələrdən istifadə edilməsi tələblərinə əməl etməməsi, eləcə də şəxsi gigiyena normalarının pozulmasıdır.

Heç şübhəsiz, indiki şəraitdə pandemiya ilə mübarizənin effektivliyi vətəndaşların davranışından və məsuliyyətli yanaşmasından asılıdır. Eyni zamanda, kütləvi informasiya vasitələri bu istiqamətdə maarifləndirmə və təbliğat işini düzgün təşkil etməklə dövlətin pandemiya ilə mübarizəsinə ictimai dəstəyini davam etdirməlidir. Təəssüflə bildiririk ki, son zamanlar koronavirus pandemiyası ilə əlaqədar heç bir elmi əsası olmayan, konspiroloji nəzəriyyələrə əsaslanan məlumatlar KİV tərəfindən yoxlanmadan, təhlil edilmədən tirajlanır. Bu isə ictimai rəyə neqativ təsir göstərərək insanlarda səhv fikir formalaşdırır, məsuliyyət hissini aşağı salır. Nəticə etibarilə, cəmiyyət üzvləri maska taxmaq, sosial məsafə saxlamaq, şəxsi gigiyena normalarına əməl etmək kimi sadə üsullardan istifadə etməkdən yayınırlar.

Həm KİV nümayəndələrini, həm də sosial şəbəkə istifadəçilərini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, əsassız məlumatları yaymamağa çağırırıq”.


Digər xəbərlər


Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞİB

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti il...

ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Xovayev (Rusiya) rəsmi Bakı və İrəvana gərginliyin azaldıl...

İctimai nəqliyyat iki gün işləməyəcək

Bu gündən sentyabrın 27-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Kanal8 xəbər verir ki, Nazirlər Kabinet...

Azərbaycanda bəzi məhdudiyyətlər yumşaldılıb

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq,...

BMT-nin İnsan Hüquqları Şurasında Ermənistan bütün mina xəritələrini Azərbaycana verməyə çağırılıb

Cenevrədə yerləşən və BMT-də akkreditə olan Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) proqram koordinatoru Coel Fuks BMT-nin İnsan Hüquqlar...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. N...

Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa ed...

Milli Məclisin iclasının tarixi və gündəliyi AÇIQLANIB

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Sentyabrın 30-da keçiriləcək toplantının gündəliyinə 15 m...