İyun 15, 2020

Volqoqradda azərbaycanlı tələbə qətlə yetirilib

İyunun 13-də Volqoqrad şəhərinin Voroşilovski rayonunda Azərbaycan vətəndaşı Timur Qavrilovun meyiti tapılıb

Səfirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir: “13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavrilovun qətlə yetirilməsi ilə bağlı məlumat Səfirliyə daxil olan kimi tərəfimizdən dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.

Bundan əlavə, cari ilin 14 iyun tarixində Səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.

Bildiririk ki, hadisə ilə bağlı cinayət işi qaldırılmış və məsələ Səfirliyin ciddi nəzarəti altındadır.

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat verilicək.

Qeyd edək ki, iyunun 13-də Volqoqrad şəhərinin Voroşilovski rayonunda Azərbaycan vətəndaşı Timur Qavrilovun meyiti tapılıb. Tələbə yataqxanasının yanında xüsusi amansızlıqla qətlə yetirilən Azərbaycan vətəndaşının 17 yaşı olub. O, Volqoqrad Tibb Universitetində təhsil alırmış.

Məlum olub ki, dostugildən gələn Timur naməlum şəxs tərəfindən 20 bıçaq zərbəsi ilə qətlə yetirilib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Digər xəbərlər


Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞİB

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti il...

ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Xovayev (Rusiya) rəsmi Bakı və İrəvana gərginliyin azaldıl...

İctimai nəqliyyat iki gün işləməyəcək

Bu gündən sentyabrın 27-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Kanal8 xəbər verir ki, Nazirlər Kabinet...

Azərbaycanda bəzi məhdudiyyətlər yumşaldılıb

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq,...

BMT-nin İnsan Hüquqları Şurasında Ermənistan bütün mina xəritələrini Azərbaycana verməyə çağırılıb

Cenevrədə yerləşən və BMT-də akkreditə olan Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) proqram koordinatoru Coel Fuks BMT-nin İnsan Hüquqlar...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. N...

Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa ed...

Milli Məclisin iclasının tarixi və gündəliyi AÇIQLANIB

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Sentyabrın 30-da keçiriləcək toplantının gündəliyinə 15 m...