İyun 16, 2020

Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinə əlavə səlahiyyətlər verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 16 nömrəli və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Kanal8-in məlumatına görə, Fərmanla “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 88-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun icrası ilə əlaqədar “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.20-1-ci bənd əlavə edilir:

“Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq beynəlxalq əməkdaşlığı həyata keçirir, o cümlədən beynəlxalq monitorinqlərin aparılması üçün lazımi təşkilati tədbirlər görür;”.

Həmçinin, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.24-1-ci yarımbənd əlavə edilir:

““Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kimyəvi maddələr üzrə idxal, ixrac və tranzit əməliyyatlarını həyata keçirən müəssisələrin mərkəzləşdirilmiş qeydiyyatını aparmaq, habelə həmin müəssisələr haqqında illik bəyannamələri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;”.


Digər xəbərlər


Azərbaycan XİN rəhbəri həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri ilə görüşüb

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov...

Ceyhun Bayramov BMT rəsmisini Ermənistanın xarici terrorçulardan istifadə etməsi barədə məlumatlandırıb

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimi...

Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdul...

Azərbaycan və Finlandiya XİN başçıları arasında görüş olub

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Olav...

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyə...

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Kanal8-in əldə etdiyi məlumata görə, sentyabrın 30-da keç...

Azərbaycan, Türkiyə və İran XİN başçıları görüşəcək

Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib. BMT...

Çavuşoğlu və Blinken Qarabağdan danışıb

BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak üçün ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katib...