İyun 16, 2020

Britaniya Azərbaycana maliyyə yardımı edib

“Ənənəvi olaraq, ilin bu vaxtında sizi Ülyahəzrət Kraliça II Elizabetin rəsmi doğum günü şərəfinə təşkil edilən qəbulda salamlayırıq. Biz yalnız Britaniya tarixində ən uzun hökmranlığı deyil, həm də Böyük Britaniya ilə Azərbaycan arasındakı güclü və dostluq münasibətlərini qeyd edirik. Ancaq bu il COVID-19-un bu çətin günlərində hamının təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün böyük bir ziyafət təşkil etməmək qərarına gəldik”.

Kanal8 xəbər verir ki, bunu, Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin rəsmi doğum günü münasibətilə səfir Ceyms Şarp deyib.

“Biz Ülyahəzrət Kraliçanın doğum günü ziyafəti üçün nəzərdə tutulmuş maliyyənin xərclənmədiyini və Böyük Britaniyanın COVID-19-la mübarizədə qlobal səviyyədə aparılan koordinasiya işlərində aparıcı rolunu nəzərə alaraq, bu məbləği Azərbaycanda həyata keçirilən tibbi xidmətlərinin dəstəyinə ayırmaq qərarına gəldik. Buradakı həkimlər və tibb bacıları son bir neçə ayda öz həyatlarını riskə ataraq COVID-19-la yorulmadan mübarizə aparırlar, bir çox insanın həyatını xilas edirlər. Onlar tərifimizə və dəstəyimizə layiqdirlər. Fürsətdən istifadə edərək, tibbi maskalardan istifadə etməyi, əllərinizi tez-tez yumağı və sosial məsafəni qorumağı unutmamağı yadınıza salmaq istərdim. Unutmayın biz birlikdə güclüyük və biz birlikdə virusa qalib gələcəyik”, – deyə qeyd olunub.


Digər xəbərlər


“Pensiya ilə yanaşı, müavinətlər də artacaq”

“Prezident İlham Əliyevin tapşırığı ilə sosial islahatların yeni mərhələsi kimi, növbəti sosial islahat paketi hazırlanıb. Bu paket çərçivəsində ...

Bu məhsulları alanda ƏDV qaytarılmayacaq

ƏDV-nin qaytarılması mexanizmi avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməyəcək. Kanal8-in məlumatına görə, bu,...

Ehtiyac meyarının həddi 200 manat müəyyən olunub

Milli Məclis “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiq edib. Layih...

Yaşayış minimumunun həddi 210 manata qaldırılıb

2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilib. Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müza...

Yeni ildən 2 milyondan çox insanın sosial ödənişlərı artacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası keçirilib.Nazirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin tap...

Oktyabrda 113 mindən çox şəxs sosial müavinət alıb

2021-ci ilin oktyabr ayı ərzində yaşa görə aylıq sosial müavinət alanların sayı 113 min nəfərdən çox olub. Dövlət Sosial Müdafiə Fondunun İcti...

Lirə yenidən 13 qəpik UCUZLAŞIB

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. 2021-ci ilin noyabrın 30-da ABŞ dollarının məzənnəsi dəyişm...

Neft kəskin bahalaşıb

Dünya bazarında neftin qiyməti bahalaşır. Kanal8 xəbər verir ki, bunu sövdələşmələrin nəticələri göstərir. Belə ki, Bakı vaxtı ilə saat 04:...