İyun 16, 2020

DİN: Sərt karantin günlərində Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb

Daxili İşlər Nazirliyi (DİN) bu gün səhər saatlarında Bakının giriş və çıxışlarında yaranmış tıxaclarla bağlı açıqlama verib.

DİN Mətbuat Xidmətindən bildirilib ki, bu gün Bakı şəhərinin giriş və çıxışlarında xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis postlarında müşahidə edilən avtomobil tıxacının aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilib:

“İlkin araşdırmalarla tıxacın yaranma səbəbləri də məlum olub. Müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilmiş bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər.

Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır”.


Digər xəbərlər


“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublika...

Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib

2021-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirilib. Bu ba...

Ərdoğan “Türkiye” brendi ilə bağlı qərar imzalayıb

Prezident Rəcəb Tayyib Ərdoğan “Türkiye” brendi ilə bağlı müvafiq qərar imzalayıb. Kanal8 xəbər verir ki, qərara əsasən, “Türkiye” brendi mill...

Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü baş tutmayıb

Azərbaycan xarici işləri naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərç...

Sabahın hava proqnozu

Sabaha gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb. ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilən məlumata görə, dekabrın...

Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanılıb

Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin xanım sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri ək...

Rusiyanın Ermənistandakı səfiri geri çağırılacaq — KİV

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yaxın vaxtlarda geri çağırılacaq. Bu barədə yerli “Hraparak” qəzeti yazıb. “Kopırkin 2018-c...

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində seminar keçirilib — FOTO

Müdafiə Nazirliyi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə Azərbaycan Ordusunu...