Həmyerlimiz Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin mükafatı ilə təltif olunub

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səhiyyə Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışan həmyerlimiz Saada Süleyman COVID-19 xəstələrinin müalicəsində göstərdiyi fədakarlığa görə Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən təşəkkür məktubu və fəxri mükafatla təltif olunub.
Məktubda həmyerlimizin insanların həyatının xilasında xidmətlərinin tarixdə qalacağı və heç bir vaxt unudulmayacağı qeyd olunub.
Bakı şəhərində anadan olan Saada Süleyman kiçik yaşlarından valideynləri ilə bərabər, BƏƏ-yə köçüb, burada universitetin tibb fakültəsini bitirib.
O, Dubay Beynəlxalq Aeroportunda və Əbu-Dabi Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. Həmyerlimiz BƏƏ Prezidentinin anası Şeyxə Fatma bint Mübarəkin təsis etdiyi “əl-mar-a imaratiyə” – “BƏƏ qadını” fəxri adına, eləcə də BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nəhyanın əmri ilə “İlin ən fəal ictimai qadını” tituluna layiq görülüb.



Digər xəbərlər
AZAL Türkiyədə təhsil alan tələbələrə güzəşt edəcək
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyədə ali təhsil alan Azərbaycan vətəndaşları üçün xüsusi güzəştli tariflər təklif edəcək. ...
İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda Zəngilan kəndinin təməlini qoyub. Kanal8 xəbər verir ki...
NATO bu ölkəyə 2 “AWACS” təyyarəsi göndərir
NATO Rusiyanın Litva ilə sərhəddə hərbi fəaliyyətini müşahidə etmək məqsədilə bu ölkəyə 2 “AWACS” təyyarəsi göndərir. TASS xəbər verir ki, bu ...
Türkiyə MN: Qarabağdakı antiterror tədbirlərindən sonra bölgədəki son vəziyyəti yaxından izləyirik
“Qarabağda keçirilən antiterror tədbirlərindən sonra regiondakı durumu yaxından izləyirik”. Kanal8 xəbər verir ki, bu barədə Türkiyənin Milli ...
Sümük iliyi transplantasiyası cərrahi müdaxilə olmadan həyata keçiriləcək
“Sümük iliyi transplantasiyası yeni alınan avadanlıqlar vasitəsilə cərrahi müdaxilə olmadan həyata keçiriləcək”. Kanal8 xəbər veri...
Azərbaycanda bu qanunlar ləğv ediləcək
Yeni Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə üç qanun ləğv ediləcək. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ...
İlham Əliyev Zəngilan rayonunun Alıbəyli kəndinin təməlini qoyub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda olub. Kanal8 xəbər verir ki, dövlətimizin başçısı Alıbə...
Söyüdlü kəndinin sakinləri tullantıxana sahəsində monitorinqin nəticələri barədə məlumatlandırılıb
Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində yerləşən tullantıxanada monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədil...