İyun 16, 2020

Pensiya təminatı sistemində köklü dəyişikliklər — Yeni layihə hazırlanır

Sosial təminat sistemində aparılan islahatların mühüm bir istiqaməti bu sistemin, xüsusilə pensiya təminatı sisteminin təkmil və həssas qruplara münasibətdə daha humanist yanaşmalar üzərində qurulması, eyni zamanda bu sahədə proaktiv xidmətlərin dairəsinin genişləndirilməsidir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pensiya, müavinət və təqaüd məsələləri ilə bağlı işçi qrupunun videokonfrans formatında keçirilən iclasında bildirib.

Nazir qeyd edib ki, Prezidentİlham Əliyevin sosial sahəyə xüsusi qayğısının təzahürü olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atılır. Sosial ödənişlərin məbləği mütəmadi artırılır. Eyni zamanda, sosial təminatda humanistləşdirmə, sosial təminata əlçatanlığın artırılması prosesi özünü göstərir. Məsələn, ötən il əmək pensiyası yaşına çatan və fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan şəxslərə əmək pensiyası hüququ verildi. 2020-ci ilin əvvəlindən ailəyə ailə başçısını itirməyə görə əmək pensiyasını və ya sosial müavinəti seçmək hüququ verilib. Həmçinin bu ilin əvvəlindən uşaqlar həm sağlamlıq imkanları məhdudluğa, həm də ailə başçısını itirməyə görə hər iki müavinəti alırlar, pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayanlar həmin an da yaşa görə müavinətlə təmin edilirlər və s.

S.Babayev bildirib ki, bu kimi təkmil və humanist yanaşmaların tətbiqi davam edəcək. Ümumilikdə hazırda pensiya təminatı sistemində bir çox mühüm dəyişiklikləri əks etdirən layihə hazırlanır.

Nazir diqqətə çatdırıb ki, sosial təminat növləri üzrə yeni e-təyinat sistemlərinin hazırlanması prosesi də davam edir. Bu ilin sonunadək daha 3 təqaüd və 3 müavinət növünün elektronlaşdırılması nəzərdə tutulub. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə pensiya təyinatının elektronlaşdırılması istiqamətində işlər aparılır. Bununla bağlı məlumat vərəqələrinin elektron forması hazırlanaraq test edilib. Ümumən, əsas hədəf budur ki, sosial təminat sahəsində proaktiv xidmətlərin əhatə dairəsi getdikcə genişlənsin.

İclasda sosial təminat sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər, yeni e-təyinat sistemlərinin yaradılması, ölkənin pensiya təminatı sisteminin uzunmüddətli inkişaf strategiyasının (yol xəritəsi) hazırlanması, müavinət və təqüdlərin təyinatının ölkə üzrə tam mərkəzləşdirilməsi və s. məsələlərdən bəhs edilib.


Digər xəbərlər


Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib - MN

Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altın...

Azərbaycan Ordusunun "Qisas" əməliyyatının görüntüləri - VİDEO

Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı an...

Müdafiə Nazirliyi xəbərdarlıq edib: "Əks cavab tədbirləri daha da sarsıdıcı olacaq"

Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın...

ATƏT-dən Azərbaycan və Ermənistana - Çağırış

Polşanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistana çağırış edib. Kanal8 xəbər verir ki, müraciətdə deyilir: “Biz Cənubi Qafqazda silahlı...

Azərbaycan Ordusundan antiterror əməliyyatı - Şəhidimizin qisası alınıb

Azərbaycan Ordusu bu gün keçirdiyi antiterror tədbirləri ilə şəhidimizin qisasını alıb. Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keç...

Baş Prokurorluq jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

Aparılan monitorinqlərlə müəyyən edilib ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda “Media haqqında” qanunun 14.1.11-ci maddəsi...

Kəlbəcərdəki tornado son deyil: Bizə tanış olmayan təbiət hadisələrilə də rastlaşacağıq

“Kəlbəcərdə yay fəsli üçün xarakterik təbiət hadisəsi baş verib. İlin isti dövrlərində dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludların...

Müdafiə naziri qarşı tərəfin törədə biləcəyi təxribatın qarşısını dərhal almağı əmr edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. ...