İyun 17, 2020

Amerikanın Əsəd rejimi, İran və Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə minir

Amerika Birləşmiş Ştatlarının Bəşər Əsəd rejimi və onun müttəfiqlərinə qarşı qəbul etdiyi yeni sanksiyalar bu gündən qüvvəyə minir.

Yeni embarqolar Suriyanın böyük hissəsini öz nəzarətinə alan Bəşər Əsəd rejimi, habelə onun İran, Rusiya və Hizbullah kimi müttəfiqlərinin maddi mənfəət əldə etmələlərinin qarşısını almaq məqsədi güdür.

ABŞ və Avropa İttifaqı əvvəllər də rəsmi Dəməşqə qarşı sanksiyalar qəbul ediblər. Lakin bu dəfə Vaşinqton sanksiya siyahısını Bəşər Əsədlə ticari əlaqələr qurmaq istəyən fiziki və hüquqi şəxslərə qədər uzatmağı hədəfləyib.

Yeni sanksiyalar 2014-cu ildə Əsəd rejiminin həbsxanalarında insanların işgəncə edilməsi və qətlə yetirilməsinə dair minlərlə fotonu ölkə xaricinə çıxaran fotoqrafın kod adına uyğun olaraq, “Sezar Aktı” adlandırılıb.

Sanksiyalar Əsəd rejimi ilə yanaşı, müddəaları pozulduğu təqdirdə, İran, Rusiya, Çin,Livan Hizbullahı, Livan, İraq, İordaniya və digər Suriya rejimi ilə əlaqələrini genişləndirmək niyyəti olan digər bu kimi region ölkələrinə qarşı da tətbiq ediləcək.

ABŞ-ın Senatorlar Palatası dekabr ayında bu ölkənin müdafiə büdcəsini təsdiqləyəndə suriyalı sivillərin etirazlarını yatıran zaman onları qətliam etdikləri üçün Əsəd rejimi, İran və Rusiyaya qarşı sanksiyaların qəbul edilməsinə icazə vermişdi. O əsnada “Sezar Aktı” da müdafiə xərclərinə əlavə edilmişdi.

Bu aktla ABŞ hökuməti Əsəd rejiminə maliyyə, eləcə də məhsul və texnoloji avadanlıqlarla yardım göstərən İran və Rusiya kimi ölkələrlə yanaşı, müxtəlif şəxslər və qruplara qarşı sanksiya tətbiq edə biləcək.

Yeni sanksiyaların ağır iqtisadi vəziyyətdə olan Əsəd rejimini daha da acınacaqlı vəziyyətə salacağı gözlənilir.

Rusiya və Çin rəsmi olaraq sanksiyalara bildirdikləri münasibətdə bu addımı kəskin pisləyiblər.

Digər tərəfdən, analitiklər “Sezar Aktı”nın bu günə qədər Suriyaya qarşı qəbul edilmiş ən sərt sanksiya və müharibəyə ən yaxın vəziyyət kimi dəyərləndirirlər.


Digər xəbərlər


Bəşər Əsəd Putinlə görüşüb

Suriyadakı rejimin başçısı Bəşər Əsəd Rusiyaya səfər edib. Məlumatı “RİA Novosti” yayıb. O, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə gör...

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayə...

XİN başçısı: “Təhsilə olan hücumlar beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalıdır”

Xarici işlər naziri Ceyhun Bayramov 9 sentyabr — Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib. Nazir tviter səhifəsi...

Milli Məclisin komitə iclasları başlayır

Bu gündən Milli Məclisin payız sessiyasının komitə iclasları başlayır. Kanal8-in xəbərinə görə, sessiya çərçivəsində ilk olaraq parlamentin El...

"Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq - Ceyhun Bayramov

“Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu...

Bu həftə Milli Məclisin komitə iclasları başlayır

Kanal8 xəbər verir ki, sentyabrın 8-də parlamentin Elm və təhsil komitəsinin iclası keçiriləcək. Gündəliyə 2 məsələ daxil edilib. Bunlar komit...

Lavrov Ermənistan xarici işlər naziri ilə Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək. Kanal8-in məluma...

Ceyhun Bayramov Çavuşoğlu ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

16 avqust 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt...