İyun 17, 2020

Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng edib

İyunun 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Kanal8 xəbər verir ki, Prezident İlham Əliyev və prezident Şarl Mişel sabah Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçiriləcək Sammiti ilə bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hər iki tərəf üçün çox vacib olduğu bildirilib, Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Sazişi üzərində işin getdiyi qeyd olunub.

Telefon söhbəti zamanı enerji təhlükəsizliyi məsələsinə toxunularaq “Cənub Qaz Dəhlizi” layihəsinin bu işə töhfə verəcəyi vurğulanıb.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha ifadə edərək bildirib ki, Ermənistan rəhbərliyinin daim danışıqlar formatını dəyişdirmək cəhdləri, Dağlıq Qarabağın Ermənistana aid olması ilə bağlı bəyanatlar verməsi münaqişənin həllinə əngəl törətməklə bərabər, danışıqlar prosesinə də böyük zərbə vurur. Prezident İlham Əliyev bir daha bildirib ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.

Prezident İlham Əliyev və Şarl Mişel regional təhlükəsizlik məsələləri ilə də bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hər iki tərəfin maraqlarına uyğun olaraq bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.


Digər xəbərlər


İlham Əliyev Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclasında iştirak edir

Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası başlayıb. Azərbaycan Resp...

Praqada Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin qeyri-formal görüşü olub — FOTO

“Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan...

Türkiyə İsrailə səfir təyin edib

Türkiyə Şahin Özkan Torunları İsrailə səfir təyin edib. “Habertürk” xəbər verir ki, bu barədə diplomatik mənbədən bildirilib. Qeyd edək ki,...

Ərdoğan Praqada səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çexiyanın paytaxtı Praqaya səfər edib. NTV xəbər verir ki, o, “Avropa siyasi birliyi” Zirvə Toplantısı...

İlham Əliyevin Praqada Şarl Mişellə görüşü başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fiala...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub

Milli Məclisin 2022-ci il oktyabrın 11-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb. Kanal8-in məlumatına görə, bunl...

İlham Əliyev Praqada Paşinyanla görüşəcək

Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistan...

Ceyhun Bayramovun Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistan XİN rəhbəri ilə telefon danışığı olub

4 oktyabr 2022-ci il tarixində Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasın...