İyun 17, 2020

Bəşər Əsədin əmisi Fransada 4 il həbsə məhkum edilib

Suriya Prezidenti Bəşər Əsədin əmisi Rifət Əsəd Fransa məhkəməsi tərəfindən dövlət əmlakını mənimsəmə və çirkli pulların yuyulması ittihamları ilə 4 il həbsə məhkum edilib.

Məhkəmə onu Suriyanın dövlət vəsaitlərini qanunsuz olaraq ələ keçirib, 90 milyon avro dəyərində ev, ofis və digər mülklər alaraq, Fransada əmlak imperatorluğu qurmaqda ittiham edib. Hökmə əsasən, onun London və Parisdə olan mülkləri müsadirə ediləcək.

82 yaşlı Suriyanın sabiq vitse-prezidenti Rifat Əsəd ittihamları rədd edib və vəkilləri onun apellyasiyaya şikayəti verəcəyini deyiblər.

2019-cu ilin dekabr ayından daxili qanaxma səbəbindən xəstəxanada müalicə alan Əsədin əmisi məhkəmədə iştirak edə bilməyib. Onun Londonda olan mülklərininin dəyəri 29 milyon avro təxmin edilir.

Bir vaxtlar Suriyada 3-cü ən nüfuzlu şəxs hesab edilən Rifat Əsəd 1982-ci ildə Hamada Hafiz Əsədə qarşı baş vermiş üsyanın amansızlıqla yatırılmasında roluna görə “Hama qəssabı” adlandırılır.

1984-cü ildə qardaşı Hafiz Əsədə qarşı reallaşdırdığı çevrilişin uğursuzluqla nəticələnməsindən sonra ölkənə qaçıb, ötən illər ərzində Fransa və İspaniyada məskunlaşıb.


Digər xəbərlər


Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 18 Sentyabr Milli Musiqi Günü münasibətilə paylaşım edib. Kanal8 xəbər verir ki, paylaş...

Bazar gününə olan hava proqnozu açıqlanıb

Sentyabrın 19-da gözlənilən hava şəraiti açqıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilən məlumata görə, Bakıda və Abşeron ya...

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məluma...

Hollandiya XİN Azərbaycanın müxalifət partiyalarını saxta sənəd verməkdə günahlandırıb

Ramin Hacılı, Qənimət Zahid, Arif Hacılının, Müsavatın Avropa koordinasiya mərkəzinin adları Hollandiya Xarici İşlər Nazirliyinin (XİN) 99 səhifə...

Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilib

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər N...

BMT-dən xəbərdarlıq: “Dünya fəlakətə doğru gedən bir yoldadır”

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, q...

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

18 sentyabr — Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lide...

Nazir yolları bağlatdırdı? - RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi nazir Muxtar Babayevin xidməti avtomobilinin Sumqayıt istiqamətindən keçən zaman yolların bağlanması barəd...