İyun 17, 2020

İlham Əliyev: “Məktəb və universitetləri aça biləcəyimizi bilmirik”

“İki il bundan əvvəl Bakıda keçirdiyimiz görüşdən sonra əməkdaşlığımıza gəlincə, bildiyiniz kimi, biz razılaşma imzalamışdıq. Görüşümüzdən əvvəl mənə məlumat verildi ki, on minlərlə lisenziya verilib və bu məsələ hazırda uğurla davam etdirilir”.

Kanal8 xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.

Dövlət başçısı bildirib ki, piratçılığa qarşı birgə səylər yaxşı nəticələr verir:

“Gələcək planlarımıza gəlincə, bəlkə də bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb.

Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq.

Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin, distant işlə bağlı məsələlər… Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir”.


Digər xəbərlər


TƏBİB-in xəstəxanalarında ödənişli xidmətlərin siyahısı və tarifləri təsdiqlənib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfin...

Ehtiyatda olan polkovnik həbs edilib

Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Elnur Məmmədov həbs edilib. Bu barədə Kanal8-ə Bakı Hərbi Məhkəməsindən məlumat verilib. Bil...

Azərbaycan və Aİ liderləri gələn ay Brüsseldə keçiriləcək üçtərəfli görüşün gündəliyini müzakirə edib

Gələn ay Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli...

Səbuhi Əhmədovun qardaşına 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub — RƏSMİ

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub. Bu barədə Kanal8-ə Dövlət S...

Sentyabr hadisələrində 6 nəfər azərbaycanlı işgəncələrlə öldürülüb — Baş prokurorluq

Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəf...

Baş prokurorluqdan hərbçilərin sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama

Belə ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı...

Araz Əlizadə vəfat edib

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə vəfat edib. Bu barədə onun ailəsindən məlumat verilib. Qeyd olunub ki, A....

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar

2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı...