İyun 17, 2020

Türkiyə ilə eyni zamanda “Sepah” da Şimali İraqda “PKK” və “PJAK”ı bombalayıb


Türkiyənin İraqın Kürdüstan Muxtariyyətində anti-terror əməliyyatına başladığı vaxtda “Sepah” da kürd terror təşkilatlarını bombaladığı barədə məlumat yayıb.

“Sepah”ın yaydığı məlumata əsasən, keçirilən əməliyyat nəticəsində İraqla İran sərhədi yaxınlığında Alanə və Hacı Ümran dağlarında yerləşən “PKK” və “PJAK” terror təşkilatlarına məxsus mövqelər ağır artileriya və raket atəşinə tutulub.

Bu gün Türkiyənin Müdafiə Nazirliyi isə yaydığı bəyanatda keçirilmiş hava hücumu və ağır artileriya atəşləri nəticəsində İraqın şimalında yerləşən Həftanin bölgəsindəki “PKK” mövqelərinin məhv edildiyini bildirib.

Türkiyə mediasının xəbərinə görə, helikopterlərin bombardımanından sonra Komando Birlikləri quru və hava yolu ilə sözügedən bölgəyə daxil olublar.

Türkiyə İraq Kürdüstanında anti-terror əməliyyatlarına dünən start verib. Həmin əsnada “Sepah”ın da bölgədə yerləşən “PKK” və “PJAK” mövqelərini ağır artileriya və raket atəşinə tutması barədə məlumatlar yayılsa da, “Sepah” həmin xəbərləri bu gün rəsmi qaydada təsdiqləyib.

Xatırladaq ki, bu əməliyyatın başlanmasından bir gün əvvəl İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə rəsmi səfərə getmişdi. “Reuters” agentliyi Zərifin səfər çərçivəsində türkiyəli rəsmilərlə sözügedən əməliyyatları başlatmaq üçün razılıq əldə etdiyi barədə xəbər yayıb.

Müştərək hücumun martın 31-də “PKK” terror təşkilatı tərəfindən İrandan Türkiyəyə qaz nəql edən boru kəmərinin kamikadze hücumu nəticəsində partladılmasına cavab xarakteri daşıdığı ehtimal edilir.


Digər xəbərlər


Prokuror Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Gəncə şəhər Ağır Cinayətlər...

Bərdədə partlayış olub - Yaralılar var

Bərdədə çoxmənzilli yaşayıb binasında partlayış olub. Hadisə Bərdə rayonu, 866 saylı məcburi köçkün şəhərciyində qeydə alınıb. Belə ki, qaz...

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Bu barədə Kremlin Mətbuat xidməti məlumat yay...

Söyüdlüdəki su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb

Gədəbəydəki su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin...

Söyüdlüdə vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın növbəti iclası keçirilib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazi...

Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsi aşkarlanıb

Azərbaycan Müdafiə Nazirliyi Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsinin görüntülərini yayıb. Kanal8 görüntüləri təqdim edir: ...

Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ...

Hikmət Hacıyev: “Azərbaycan polisi erməniəsilli sakinlərə su paylayır”

“Azərbaycan polisi Rusiya sülhməramlıları ilə birlikdə yolda olan erməni mülki şəxslərə su paylayır”. Kanal8 xəbər verir ki, bu barədə Azərbay...