Azərbaycan-İran sərhədində atışma olub, ölən var

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirir.
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, iyunun 17-si saat 21:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.
Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd böyük kisədə yük müşahidə edilib.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı avtomat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri güllə yarası alıb və İİR ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan “Bolqarçay”ı keçərkən suda ölüb. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çıxarılıb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb və İİR sərhədçiləri tərəfindən öz ərazilərində saxlanılıblar.
Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Digər xəbərlər
Hulusi Akarla ukraynalı həmkarı arasında telefon danışığı olub
Türkiyənin milli müdafiə naziri Hülusi Akar Ukrayna müdafiə naziri Oleksiy Reznikov ilə görüşüb. Türkiyənin Milli Müdafiə Nazirliyinin saytını...
Vətən müharibəsində erməni hərbçiləri tələyə saldıq — DTX rəisinin müavini
“Müharibə zamanı qanunsuz erməni silahlı birləşmələrinin komandirlərinin, onların əsgərlərinin telefon nömrələri bizə bəlli idi. Onlar bizim bir ...
Azərbaycan Ordusunda gizir olmaq istəyənlər üçün təlim keçirilib
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən «Gizir hazırlığı» kursunun planına uyğun olaraq təlim atış çalışmaları yerinə yetirilib...
Koronavirusun yeni ştammının peyda olacağı proqnozlaşdırılır
“Yaxın gələcəkdə koronavirusun yeni ştammının yaranması mümkündür”. Bu sözləri “Rospotrebnadzor”un Mərkəzi Elmi-Tədqiqat İnstutunun Klinini-an...
DTX saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq edib
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq edib. Kanal8 xəbər verir ki, bu barədə DTX-nin İctimai...
Füzulidə ermənilərin atıb qaçdığı raket kompleksi aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah...
Azərbaycanın Qazaxıstandakı səfirliyi fəaliyyətini adi rejimdə davam etdirir
Azərbaycanın Qazaxıstandakı səfirliyi öz fəaliyyətini adi iş rejimində davam etdirir. Bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlu...
Ölkə vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstə saxlanılıb
Ölkə vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstə saxlanılıb. Kanal8 xəbər verir ki, bu barədə DTX-nın İctimai əlaqə...