Azərbaycan Premyer Liqası erkən başa vuruldu – “Qarabağ” çempion elan edildi

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Kanal8 xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri – Kazbek Tuayev, İsgəndər Cavadov, Elmar Məmmədyarov, Mahir Məmmədov, Firudin Qurbanov, Zaur Axundov və Könül Mehtiyeva, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iştirak ediblər.
COVID-19 qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış, iyunun 21-də bərpa olunması nəzərdə tutulan Azərbaycan Premyer Liqasının oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin müzakirə olunduğu iclasda PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko çıxış ediblər. Ardınca İcraiyyə Komitəsinin bütün üzvləri qeyd olunan məsələ haqqında fikirlərini səsləndiriblər. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və kuboku dayandırılsın. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilsin (12 səs lehinə, 1 səs əleyhinə).
2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılsın.
COVID-19 qlobal pandemiyası ilə əlaqədar cari lisenziyalaşdırma mövsümündə klublara müvafiq maddi cərimələrin tətbiq olunmaması ilə bağlı AFFA rəhbərliyi tərəfindən irəli sürülən təklif qəbul olunsun.
2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməsin.
Qeyd: COVID-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə klublar məşqlərini davam etdirə bilər.
Digər xəbərlər
Kəlbəcərdə növbəti dəfə döyüş texnikası müsadirə edilib
Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texn...
İranda zavodda partlayış baş verib - Ölən və yaralananlar var
İranın cənubunda Bəndər-Abbas şəhərində neft emalı zavodundakı partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Bu barədə “Tasnim” agent...
Prezident: “Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi”
“Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçı...
İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimi keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimində iştirak ed...
Kürdəmirdə partlayış olub - Yaralılar var
Kürdəmirdə evdə partlayış olub. Hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb. Bildirilib ki, qaz balonunun partlaması nəticəsində ər və ar...
Yol polisinin tətbiq etdiyi cərimələrin ödənilməsi adı ilə saxta ödəniş portalı yaradıldı - XƏBƏRDARLIQ
Kiberdələduzlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tətbiq edilən cərimələrin ödənilməsi adı ilə saxta ödəniş port...
Yaxın vaxtlarda Rusiya XİN Ermənistanla münasibətlərin gərginləşməsi ilə bağlı bəyanat verəcək
Moskva yaxın vaxtlarda Ermənistan rəhbərliyinin ikitərəfli münasibətlərə xələl gətirən bir sıra bəyanatları ilə bağlı açıqlama verəcək. Bu bar...
Ağdamda müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib
Ağdam rayonunun Qızıl Kəngərli kəndində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus tank, piya...