İyun 18, 2020

Gürcüstan vətəndaşının qətli Rusiya ilə Almaniyanı qarşı-qarşıya qoydu

Almaniyanın paytaxtı Berlində bir parkda güllələnən Gürcüstan vətəndaşı Rusiya ilə Almaniyaya qarşı-qarşıya gətirib.

Kanal8 xəbər verir ki, Alman hakimiyyəti qətldə Rusiyanı günahlandırsa da, Rusiya kifayət qədər dəlil olmadığını iddia edir.

2019-cu ilin avqust ayında Almaniyada Berlindəki Kleiner Tierqarten adlı parkda başına güllə vurularaq qətlə yetirilən çeçen mənşəli 40 yaşlı Gürcüstan vətəndaşının öldürülməsi ilə bağlı məhkəmə işi başlayıb.

Almaniya Federal Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında Gürcüstan vətəndaşının qətl əmrini Rusiya hökuməti tərəfindən verildiyi iddia edilir.

İttihamlara cavab olaraq Almaniyadakı Rusiya səfirliyi Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu və heç bir sübutla dəstəklənmədiyini bildirib.


Digər xəbərlər


Milli Məclisin deputatlarının maaşı artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Kanal8 xəbər verir...

XİN rəhbəri: Azərbaycan Qoşulmama Hərəkatının fəallığını təmin edib

«Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddətinin uzadılması uğurlu işin göstəricisidir». Kanal8-in xəbərinə görə, bunu Azərbaycanın xari...

Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

“Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək”. Bu açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gü...

Ərdoğan Gürcüstana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfəri gözlənilir. Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili türkiyəli həmkar...

Hulusi Akar Latviyaya səfər edəcək

Türkiyə milli müdafiə naziri Hulusi Akar bu gün Latviyaya səfər edəcək. Səfər çərçivəsində o, latviyalı həmkarı Artis Pabrikslə görüşəcək. ...

ABŞ Dövlət katibi Lavrovla görüşməyi planlaşdırır

ABŞ-ın Dövlət katibi Antoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırır. Bu barədə TASS məlumat yayıb. “Ya...

Gürcüstan XİN rəhbəri sabah Türkiyəyə səfər edəcək

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili iyulun 28-də Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildiril...

Ərdoğan Rusiyaya səfərə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. Səfər avqustun 5-də baş tutacaq. Ərdoğan Soçidə Rusiya lideri Vladimir Putin...