İyun 18, 2020

Ölkəyə 41 təcili tibbi yardım avtomobili gətirilib

“İşsizlikdən sığorta haqqında”  qanuna dəyişiklik edilib

Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə

(Agentlik) tərəfindən respublikaya ümumilikdə 41 ədəd olmaqla, 39 ədəd yeni, müasir avadanlıqlarla təchiz olunan təcili tibbi yardım avtomobili və 2 ədəd Ambulans-Perinatal gətirilib.

Agentlikdən Kanal8-ə verilən xəbərə görə, Ambulans-Perinatal tibb müəssisələrində anadan olan patoloji yenidoğulmuşların burada göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları üçün müvafiq perinatal mərkəzlərə çatdırılmasını həyata keçirəcək. Bu avtomobillər yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi tibbi avadanlıqlar və küvez aparatları ilə təchiz ediliblər. Qeyd edək ki, respublikaya gətirilən yeni, müasir standartlara cavab verən Ambulans-Perinatal ölkə səhiyyəsində yenilikdir.

39 ədəd təcili tibbi yardım avtomobilinin salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdirlər. Belə ki, ambulanslar kardiomonitor, 3 növ xərək, vakuum şinalar, salondakı hərarəti tənzimləmək üçün klimat-kontrol, işıqlanma sistemi (evimə qədər ötür) və s. xüsusiyyətlərlə təchiz ediliblər.

Avtomobillər ölçü baxımından kiçik olmaları ilə də fərqlənirlər. Bu da onlara tıxac və ya dar olan küçələrdə sərbəst manevr etməyə imkan verir. Həmçinin avtomobillər daha az yanacaq sərf edirlər. “Fiat” markalı “Doblo” modeli təcili tibbi yardım avtomobilləri Türkiyə Respublikasında istehsal olunublar.

Qeyd edək ki, təcili tibbi yardım avtomobilləri Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (15 ədəd), Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına (10 ədəd) və Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasına (7 ədəd) təhvil veriliblər.

Bu ilin sonuna kimi 41 ədəd təcili tibbi yardım avtomobilinin və 2 ədəd Ambulans-Perinatalın ölkəyə gətirilməsi nəzərdə tutulub.


Digər xəbərlər


Azərbaycanda bir gündə neçə nəfər koronavirusa yoluxub? — 22 nəfər vəfat edib

Azərbaycanda bu gün koronavirus infeksiyasına 885 yeni yoluxma faktı qeydə alınıb, 2114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Kanal...

İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France 24” televiziya kanalına müsahibə verib. Kanal8 xəbər ver...

Teymur Musayev şəhid ailələri üzvlərinin müalicəsi ilə bağlı tapşırıq verib

“Sanator Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinin reabilitasiya, müalicə və istirahəti təşkil ediləcək”. Bunu mərkəzin baş direktoru ...

Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. ...

Nərimanov rayonunda avtomobil yollarının yenidən qurulmasına 6,4 milyon manat ayrılıb — SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əl...

DİN Daşkəsən sakinlərinin meyitlərinin minalanmış ərazidən çıxarılmasının yubanmasına aydınlıq gətirib

Daxili İşlər Nazirliyi (DİN) Göygöl-Kəlbəcər rayonları arasında yerləşən minalanmış ərazidən götürülməsinin yubanması ilə bağlı məsələyə aydınlıq...

Gürcüstanın baş naziri Azərbaycana gəlir

Sentyabrın 29-da Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edəcək. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildir...

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti H...