İyun 18, 2020

ÜST-dan koronavirusla bağlı son statistika

Son sutka ərzində dünyada koronavirusa təxminən 120 min insan yoluxub, bununla da yoluxanların ümumi sayı 8,06 milyonu keçib. Virusun qurbanlarının sayı isə sutka ərzində 5 mindən çox artıb və ümumilikdə 440 mini keçib.

Kanal8 xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb.

17 iyun tarixli, Cenevrə vaxtı ilə saat 09:00-a (Bakı vaxtı 12:00) olan statistikaya görə, dünyada 8 061 550 nəfər yeni növ koronavirusa yoluxub, 440 290 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 119 759 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 5494 nəfər artıb.

Şimali və Cənubi Amerika regionu yoluxanların sayına görə birinci yeri tutur – 3 899 859 yoluxma və 205 555 ölüm. Sutka ərzində burada yoluxanların sayı 58 250, ölənlərin sayı isə 1981 nəfər artıb.

Avropada isə ümumilikdə 2 452 247 nəfər koronavirusa yoluxub, 189 582 nəfər ölüb. Sutka ərzində burada yoluxanların sayı 18 063, ölənlərin sayı isə 803 nəfər artıb.

Yoluxma sayı üzrə üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Burada 817 458 yoluxma, 18 057 ölüm faktı qeydə alınıb. Sutka ərzində burada yoluxanların sayı 20 699, ölənlərin sayı isə 499 nəfər artıb.

ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 2 098 106 nəfər. Onun ardınca Braziliya (888 271), Rusiya (553 301), Hindistan (354 065), Böyük Britaniya (298 140), İspaniya (244 328), İtaliya (237 500), Peru (232 992), İran (192 439) və Almaniya (187 184) gəlir.


Digər xəbərlər


Azərbaycan İrəvanda keçiriləcək “Uşaq Avroviziyası” müsabiqəsində iştirak etməyəcək

Azərbaycan Ermənistanın paytaxtı İrəvanda keçiriləcək “Uşaq Avroviziyası – 2022” mahnı müsabiqəsində iştirak etməyəcək. Bu barədə Kanal8-ə İTV...

Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib

Audiovizual Şurası “Xəzər TV”yə xəbərdarlıq edib. Bu barədə Kanal8-ə Şuradan məlumata verilib. Qeyd olunub ki, Audiovizual Şuranın onlayn f...

Əvəz Zeynallı ev dustaqlığına buraxılmayıb

Bakı Apellyasiya Məhkəməsində Xural İnternet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı barəsində Binəqədi Rayon Məhkəməsinin çıxardığı qə...

AZAL: Rusiyadan Azərbaycana reyslərə tələbat artıb — QİYMƏTLƏR

«Azərbaycan Hava Yolları» QSC (AZAL) Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaq...

Erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyə...

Qəbələ RLS-də faciəvi hadisə: Ölən var

Qəbələ Radiolokasiya Stansiyasında mülki işçini cərəyan vurub. Qəbələ Radiolokasiya Stansiyasında mühzafizəçi kimi çalışan 1981-ci il təvəllüd...

Rusiyada məktəbə silahlı hücum olub: 11 ölü, 112 yaralı

Rusiyanın İjevsk şəhərindəki məktəbində baş verən atışmada ölənlərin sayı artıb. Kanal8 xəbər verir ki, yerli media 11 nəfərin öldüyünü, 112 n...

Azərbaycan Ordusunun növbəti “Komando başlanğıc kursu” başa çatıb

Bu ilin hazırlıq planına əsasən, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Kanal8-ə Müdafiə Nazirliyindən m...