İyun 19, 2020

İlham Əliyev: “ÜST koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb”

Koronavirus pandemiyasına qarşı görülmüş tədbirlər bizə vəziyyəti nəzarətdə, itkiləri isə minimum səviyyədə saxlamağa imkan verib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb».

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində deyib.

Dövlət başçısı bildirib: «Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn formatda Zirvə Görüşünü təşkil etmişdir. Biz Avropa İttifaqı və Afrika İttifaqının həmin tədbirə qoşulmalarını yüksək qiymətləndiririk. Ali nümayəndə cənab Jozep Borelə videomüraciətinə görə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirik ki, bu, Avropa İttifaqı və Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaqdır.

Biz, həmçinin BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi iclasının keçirilməsini təklif etmişik. Azərbaycan pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, ölkəmiz bu günə qədər 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirməyi planlaşdırır».


Digər xəbərlər


Rusiya və İran prezidentləri arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Bu barədə Kremlin Mətbuat xidməti məlumat yay...

Söyüdlüdəki su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb

Gədəbəydəki su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin...

Söyüdlüdə vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın növbəti iclası keçirilib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazi...

Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsi aşkarlanıb

Azərbaycan Müdafiə Nazirliyi Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsinin görüntülərini yayıb. Kanal8 görüntüləri təqdim edir: ...

Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ...

Hikmət Hacıyev: “Azərbaycan polisi erməniəsilli sakinlərə su paylayır”

“Azərbaycan polisi Rusiya sülhməramlıları ilə birlikdə yolda olan erməni mülki şəxslərə su paylayır”. Kanal8 xəbər verir ki, bu barədə Azərbay...

Terrorçu Monte Melkonyanın Xocavənddəki heykəli sökülüb

Xocavənd şəhərində erməni terrorçu Monte Melkonyanın abidəsi sökülüb. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki,...

Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 2 nəqliyyat vasitəsi ilə Qarabağın erməniəsilli sakinləri üçün yanacaq göndərilib. Yük avtomob...