İyun 19, 2020

Karantin rejimi zamanı Bakı sakinlərinin narahatçılığına son qoyan “Deliver Me”

Ən müxtəlif  biznesləri və etibarlı partnorları  bir araya  gətirən “Deliver Me” onlayn platforması ölkədə tətbiq edilən xüsusi karantin rejimi vaxtı Bakı sakinlərinin narahatçılığına son qoyur.

Bu tətbiq əhalinin ilkin tələbatı olan ərzaq, eyni zamanda dərman preparatları ən etibarlı şəkildə və qısa zamanda sifariş edilərək ünvana çatdırılmasını təmin edir. Üstəlik, mobil tətbiqin istifadəçisi sifarişini rahatlıqla mobil telefondan izləyə biləcəkdir. Tətbiqi digər platformalardan fərqləndirın cəhətin biri də sadəcə ərzaq və dərman çatdırılması deyil, eyni zamanda çiçək, şərab, restoran və istifadəçinin istənilən bağlamasının bir nöqtədən digərinə çatdırılma imkanıdır.

Azərbaycanda məhsulların onlayn sifarişi və ünvana çatdırılması mədəniyyəti artıq formalaşmağa başlayıb. Xüsusi karantin rejimi vaxtı sakinlərin evdə qalıb onlayn ödəniş edərək kuryerlə kontaktı minimuma salması, tətbiqin əsas gözə batan özəllikləridir. Hindistan bazarında da uğurla fəaliyyət göstərən, dünyanın tanınmış sifariş və çatdırılma platformaları ilə rəqabət aparan “Deliver Me” onlayn xidməti artıq İyun ayından Azərbaycan bazarında fəaliyyətə başladı.

Bu barədə “Deliver Me” xidmətini təqdim edən şirkətin qlobal rəhbəri Vivek Ramalingam məlumat verib. O qeyd edib ki, şirkətin belə bir çətin zamanda Azərbaycanda bazara daxil olması ilə sakinlər evdə qalaraq tələbatlarını qarşılayacaq və xəstəlikdən qorunmaları ölkə üçün faydalı olacaqdır.

“Deliver Me” digər onlayn sifariş və çatdırılma platformalarından fərqləndirən cəhət artıq hər məhsul üçün ayrıca mobil platformaya ehtiyyacın olmaması və müxtəlif xidmətlərin tək ünvanda birləşməsidir eyni zamanda istifadəçilər ödəmə prosesində çətinlik çəkməsinlər deyə həm onlayn həm də nəğd şəkildə ödəmə edə bilərlər.

Digər tərəfdən çatdırılma xidməti məhz “Deliver Me” ilə əməkdaşlıq edən kuryerlər tərəfindən həyata keçiriləcək. Şirkət artıq bu məqsədlə müxtəlif növ kuryer xidmətləri (piyada, velokuryer, motokuryer və avtomobillə çalışan kuryerlər) göstərmək istəyən şəxsləri əməkdaşlığa da dəvət edir ki, burada da namizədlər üçün əsas tələblər 18 yaşdan yuxarı olmaları, şəhəri yaxşı tanımaları, smartfon sahibi olmaları və fəal həyat tərzi keçirmələridir. Hal-hazırda 250-dən çox kuryer “Deliver Me” platformasına qoşulub.

Şirkət müştərilərə həmçinin çoxsaylı endirim aksiyaları və həvəsləndirici kampaniyalar da təqdim edəcək.

“Deliver Me” onlayn tətbiqini “Google Play” və “Apple Store” platformalarından yükləməklə və Facebook və ya Google hesabından qeydiyyatdan keçməklə çox rahat şəkildə istifadə etmək mümkün olacaq.

“Deliver Me” xidmətinin istifadəçiləri ən son yenilikləri şirkətin sosial şəbəkələrdə olan səhifələrini izləməklə (facebook, instagram),  www.deliverme.az saytına daxil olmaqla və əldə edə bilərlər.


Digər xəbərlər


Pensiyaların ödəniləcəyi tarix AÇIQLANIB

Oktyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbər verir ki, bu bar...

Təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olmuş “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi ba...

Sabahdan Bakıda bal yarmarkası başlayır

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 1 oktyabr tarixindən etibarən Nərimanov rayonu, Fətəl...

Daşınmaz əmlakla bağlı ödənişli xidmətlərin əhatəsi genişləndirilir

Daşınmaz əmlakla əlaqədar xidmət haqları tutulan xidmətlərin əhatəsi genişləndirilir. Kanal8-in məlumatına görə, bu barədə məsələ Milli Məclis...

Yeni ildən bütün növ pensiyalarda artım olacaq

Yeni ildən Azərbaycanda bütün növ pensiyalarda artımlar olacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. ...

Bu tarixdə bütün sosial yardımlar ödəniləcək

Sentyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Dö...

Bu mallar üzərində nəzarət sərtləşdirilir

Məcburi nişanlama ilə nişanlanmalı olan mallar üzərində nəzarət sərtləşdirilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq kom...

Birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı 15 mini ötüb

Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərini...