İyun 19, 2020

OPEC-in növbəti toplantıları bu tarixdə keçiriləcək

İyulun 14-15-də OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin (“OPEC+”) Birgə Texniki Komitəsinin (JTC) və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasları təşkil ediləcək.

Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin (“OPEC+”) Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında iclası keçirilib.

Kanal8 Azərtaca istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman və Rusiyanın Energetika naziri Aleksandr Novakın sədrliyi ilə keçən toplantıda “Əməkdaşlıq Bəyannaməsi”nin neft bazarının sabitliyini və iqtisadi bərpasını dəstəkləməkdə davam etdiyi, qlobal iqtisadiyyatın COVID-19 pandemiya şoku və sonrakı ağır böhranla üz-üzə qaldığı bildirilib. JMMC may-iyun aylarında, eləcə də iyul, avqust və sentyabr aylarında hasilata dair məhdudiyyətlərə tam riayət edilməsinin və həddindən artıq neft istehsalının həcminin kompensasiyasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, aprelin 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma, ümumilikdə, gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 milyon barrel azaldılmasını nəzərdə tuturdu.

İyunun 6-da OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha bir ay – iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub. May-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. 2020-ci ilin dekabrınadək Nazirlərin Birgə Monitorinq Komitəsinin iclaslarının hər ay keçirilməsi zəruri hesab olunub.

Beləliklə, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,08 milyon barrel, qeyri-OPEC ölkələri isə 3,61 milyon barrel azaldacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə iyun ayında gündəlik neft istehsalını əlavə olaraq, təxminən 1,2 milyon barrel həcmində ixtisar edib.

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barrel səviyyəsində saxlamalıdır.


Digər xəbərlər


Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib - MN

Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altın...

Azərbaycan Ordusunun "Qisas" əməliyyatının görüntüləri - VİDEO

Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı an...

Müdafiə Nazirliyi xəbərdarlıq edib: "Əks cavab tədbirləri daha da sarsıdıcı olacaq"

Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın...

ATƏT-dən Azərbaycan və Ermənistana - Çağırış

Polşanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistana çağırış edib. Kanal8 xəbər verir ki, müraciətdə deyilir: “Biz Cənubi Qafqazda silahlı...

Azərbaycan Ordusundan antiterror əməliyyatı - Şəhidimizin qisası alınıb

Azərbaycan Ordusu bu gün keçirdiyi antiterror tədbirləri ilə şəhidimizin qisasını alıb. Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keç...

Baş Prokurorluq jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

Aparılan monitorinqlərlə müəyyən edilib ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda “Media haqqında” qanunun 14.1.11-ci maddəsi...

Kəlbəcərdəki tornado son deyil: Bizə tanış olmayan təbiət hadisələrilə də rastlaşacağıq

“Kəlbəcərdə yay fəsli üçün xarakterik təbiət hadisəsi baş verib. İlin isti dövrlərində dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludların...

Müdafiə naziri qarşı tərəfin törədə biləcəyi təxribatın qarşısını dərhal almağı əmr edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. ...