QMİ-dən din adamlarına XƏBƏRDARLIQ

Son zamanlarda dünyada koronavirus pandemiyasının yayılması və fəsadlarının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən bütün mümkün tibbi-sanitar və ictimai təhlükəsizlik tədbirləri həyata keçirilir. Dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkəmizdə karantin gündəmə gələn ilk günlərdən koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahların fəaliyyətini müvəqqəti dayandıraraq kütləvi ibadət mərasimlərinə ara verilməsi barədə tapşırıq və tövsiyələrini verib.
QMİ-dən Kanal8-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq dəfn mərasimləri məhdud sayda, yaxın qohumların iştirakı ilə və sosial məsafəyə riayət edilməklə həyata keçirilməlidir: “Qapalı, yaxud açıq məkanlarda on nəfərdən artıq şəxsin iştirakı ilə ehsan verilməsi və yas məclislərinin təşkili və orada din xadimlərimizin iştirakına icazə verilmir. Tövsiyə sənədimizdə bu məqamlar birmənalı şəkildə əksini tapıb. Bütün din xadimlərinə bununla bağlı tərəfimizdən tapşırıq verilib. Bu tövsiyə qərarlarının icrasına QMİ nəzarət edir, tapşırığın yerinə yetirilməsinə yerlərdəki qazilərimiz və səlahiyyətli nümayəndələrimiz məsuldurlar və bu barədə QMİ-yə mütəmadi məlumat verirlər. Bu müvəqqəti çətinlik dövründə tövsiyələrimizi nəzərə almayanlar, təəssüf ki, mövcud vəziyyətin məsuliyyətini dərk edə bilməyənlərdir. Qayda və tövsiyələrə əməl etməyən din xadimləri ilə bağlı hal aşkarlanarsa QMİ tərəfindən müvafiq ölçü götürüləcək”.
“QMİ bir daha öz tövsiyələrini diqqətə çatdırır və əmindir ki, dindarlarımız və cəmiyyətimiz hər birimiz üçün təhlükəli olan məqamda tibbi-profilaktik tədbirlərə riayət etməklə yanaşı vacib saydığımız tövsiyələri anlayışla qarşılayacaqlar. Ümid edirik ki, Allah-təala tezliklə xalqımızın üzərindən bu bəlanı dəf edəcək, səbat və rifahımız bərqərar olacaq. Bu çətin və məsuliyyətli dövrdə xalqımızın pandemiya ilə mücadiləsində böyük əzm və mətanət nümayiş etdirən həkimlərimizə, təhlükəsizliyimizin keşiyində duran polis işçilərinə dərin minnətdarlığımızı bildirir, onlara şərəfli fəaliyyətlərində Uca Allahdan uğurlar diləyirik. Bu mürəkkəb dövrdə din xadimləri də öz vəzifələrini böyük məsuliyyətlə yerinə yetirirlər. Öz sağlamlıqlarını riskə ataraq vəfat etmiş insanları üçün şəriətlə mühüm olan dini vacibatların yerinə yetirilməsini gecəli-gündüzlü həyata keçirməklə fəddakarlıq nümayiş etdirirlər. Din xadimləri Azərbaycan xalqının xidmətindədirlər və bundan şərəf duyurlar”, – məlumatda vurğulanıb.
Digər xəbərlər
Rusiya və İran prezidentləri arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Bu barədə Kremlin Mətbuat xidməti məlumat yay...
Söyüdlüdəki su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb
Gədəbəydəki su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin...
Söyüdlüdə vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın növbəti iclası keçirilib
Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazi...
Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsi aşkarlanıb
Azərbaycan Müdafiə Nazirliyi Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsinin görüntülərini yayıb. Kanal8 görüntüləri təqdim edir: ...
Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb
Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ...
Hikmət Hacıyev: “Azərbaycan polisi erməniəsilli sakinlərə su paylayır”
“Azərbaycan polisi Rusiya sülhməramlıları ilə birlikdə yolda olan erməni mülki şəxslərə su paylayır”. Kanal8 xəbər verir ki, bu barədə Azərbay...
Terrorçu Monte Melkonyanın Xocavənddəki heykəli sökülüb
Xocavənd şəhərində erməni terrorçu Monte Melkonyanın abidəsi sökülüb. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki,...
Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 2 nəqliyyat vasitəsi ilə Qarabağın erməniəsilli sakinləri üçün yanacaq göndərilib. Yük avtomob...