İyun 19, 2020

TƏBİB rəsmisinin anası koronavirusa yoluxub – Rəvanə Əliyevadan açıqlama

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevanın anası koronavirusa yoluxub.

Bu barədə Kanal8-ə Rəvanə Əliyeva özü məlumat verib.

TƏBİB rəsmisi bildirib ki, anası hazırda xəstəxanadadır:

“Anamı dünən xəstəxanaya apardılar. Hal-hazırda müalicə alır”.

Xatırladaq ki, TƏBİB-in mətbuat katibi bir neçə gün öncə sosial şəbəkədə koronavirusa inanmayanları sərt şəkildə tənqid etmişdi.

TƏBİB rəsmisinin ailəsində də koronavirus aşkar edilib.

“BakuPost”un əldə etdiyi məlumata görə, virus qurumun mətbuat katibi Rəvanə Əliyevanın ailə üzvində tapılıb. R.Əliyevanın anasının COVİD-19 testi pozitiv çıxıb.

Bundan əlavə olaraq, R.Əliyevanın “BakuPost”a verdiyi məlumata görə, o anası ilə birlikdə yaşamır. Hazırda anası xəstəxanada müalicə edilir. Ailənin digər üzvlərindən də koronavirus testi götürülüb.

TƏBİB rəhbəri Ramil Bayramlı da qeyd etmişdi ki, onun da yaxınları, qohumları arasında koronavirusa yoluxanlar var: “Təəssüf ki, onlar da digər vətəndaşlar kimi karantin qaydalarına riayət etməyib, ad günü, yas mərasimlərində bu virusa yoluxublar. Hətta həkimlərimiz arasında da qaydalara riayət etməyənlər var. Biz Azərbaycan Tibb Universitetinin dosentini itirdik. O da ad günündə koronavirusa yoluxmuşdu. Özü öldü, ailə üzvləri isə xəstəxanadadır”.


Digər xəbərlər


Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞİB

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti il...

ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Xovayev (Rusiya) rəsmi Bakı və İrəvana gərginliyin azaldıl...

İctimai nəqliyyat iki gün işləməyəcək

Bu gündən sentyabrın 27-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Kanal8 xəbər verir ki, Nazirlər Kabinet...

Azərbaycanda bəzi məhdudiyyətlər yumşaldılıb

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq,...

BMT-nin İnsan Hüquqları Şurasında Ermənistan bütün mina xəritələrini Azərbaycana verməyə çağırılıb

Cenevrədə yerləşən və BMT-də akkreditə olan Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) proqram koordinatoru Coel Fuks BMT-nin İnsan Hüquqlar...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. N...

Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa ed...

Milli Məclisin iclasının tarixi və gündəliyi AÇIQLANIB

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Sentyabrın 30-da keçiriləcək toplantının gündəliyinə 15 m...