İyun 20, 2020

BMT baş katibi müraciət etdi – VİDEO

“Dünyada təxminən 80 milyon qadın, uşaq və kişi qaçqın və ya məcburi köçkün vəziyyətinə düşərək, evlərini tərk etmək məcburiyyətində qalıblar. Təkcə ötən il ərzində bu sıralara on milyon insanın qatılması daha şokedici faktdır”.

Bunu BMT-nin baş katibi Antonio Quterreşin Ümumdünya Qaçqınlar Günü ilə bağlı videomüraciətində deyib.

“Ümumdünya Qaçqınlar Günündə bu dəhşətli rəqəmə səbəb olan münaqişələrə və təqiblərə son qoymaq üçün əlimizdən gələni etməyi öhdəmizə götürürük.

Bu gün biz həmçinin iqtisadi və təhlükəsizlik sahələrində problemlərinin olmasına baxmayaraq, qaçqınları qəbul edən icmaların və ölkələrin səxavətliliyi və humanistliyini yüksək dəyərləndiririk.

Bu ölkələrə minnətdarlıq, dəstək və maddi kömək borcumuz var.

Biz hamımız Qaçqınların Beynəlxalq Müdafiəsi rejiminin bütövlüyünü yenidən qurmalı və Qaçqınlar üzrə Qlobal Forumda üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməyə çalışmalıyıq ki, qaçqınlar və onları qəbul edən icmalar lazımi dəstəyi alsınlar.

Bu il COVID-19 pandemiyası əhalinin ən həssas təbəqəsi olan qaçqınlar və məcburi köçkünlər üçün əlavə təhlükə yaradır.

COVID-19 pandemiyası və insanların hərəkətinə dair son analitik icmalımda hökumətləri bu insanların pandemiyaya qarşı bütün cavab və bərpa tədbirlərində iştirakını təmin etməyə çağırdım.

Pandemiya ilə mübarizənin ön cəbhəsində fəal iştirak edənlər arasında qaçqınlar və məcburi köçkünlər də var.

Banqladeşdəki düşərgələrdən tutmuş Avropadakı xəstəxanalara kimi qaçqınlar hər yerdə tibb bacısı, həkim, alim, müəllim və digər vacib vəzifələrdə çalışırlar. Bununla onlar özlərini qoruyurlar və onları qəbul edən icmalara borclarını qaytarırlar.

Ümumdünya Qaçqınlar Günündə qaçqınlara öz həyatlarını yenidən qurmaq və onların ətrafındakı insanların həyatlarını yaxşılaşdırmaq üçün nümayiş etdirdikləri bacarıq və qətiyyətlərinə görə təşəkkür edirik.

Bu gün və hər zaman qaçqınlarla bağlı birik və həmrəyimizi nümayiş etdiririk, habelə müharibə və təqiblərdən qaçanlara sığınacaq verməyi əsas vəzifəmiz hesab edirik”, – baş katib bildirib.


Digər xəbərlər


Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞİB

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti il...

ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Xovayev (Rusiya) rəsmi Bakı və İrəvana gərginliyin azaldıl...

İctimai nəqliyyat iki gün işləməyəcək

Bu gündən sentyabrın 27-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Kanal8 xəbər verir ki, Nazirlər Kabinet...

Azərbaycanda bəzi məhdudiyyətlər yumşaldılıb

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq,...

BMT-nin İnsan Hüquqları Şurasında Ermənistan bütün mina xəritələrini Azərbaycana verməyə çağırılıb

Cenevrədə yerləşən və BMT-də akkreditə olan Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) proqram koordinatoru Coel Fuks BMT-nin İnsan Hüquqlar...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. N...

Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa ed...

Milli Məclisin iclasının tarixi və gündəliyi AÇIQLANIB

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Sentyabrın 30-da keçiriləcək toplantının gündəliyinə 15 m...