İyun 20, 2020

Con Boltonun Tramp haqqında ifşaedici kitabı nəşr ediləcək

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltonun ABŞ prezidenti Donald Tramp barədə ifşaedici kitabı nəşr ediləcək.

Gələn həftə çap edilməsi planlaşdırılan kitabda Bolton Trampın savadsızlığı və adi məsələlər barədə belə məlumatının olmaması barədə məlumatlar yayıb.

Onun yazdıqlarına əsasən, Tramp hətta Britaniyanın nüvə ölkəsi olmasından məlumatsız olub və bununla bağlı 2019-cu ildə keçirilən görüşdə həmin ölkənin o vaxtkı Baş naziri Tereza Meydən ciddi formada sual soruşub.

Bolton qeyd edir ki, bu cür savadsızlığına görə özlərini Trampa ən sadiq insanlar kimi göstərən müşavirləri və hökumət kabinetinin üzvləri belə öz aralarında onu məsxərə obyektinə çeviriblər.

Sabiq müşaviri daha sonra əlavə edib ki, 2018-ci ildə Trampın Şimali Koreya lideri ilə görüşündən əvvəl Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ona (Bolton-red.) göndərdiyi qeyddə Trampın tamamilə cəfəngiyyat danışdığını yazıb.

Kitabda həmçinin, Trampın xüsusi xidmət orqanlarının raportları ilə bağlı keçirilən müşavirələrdə hesabatları dinləməkdən əvəzinə, danışması, öz kabineti üzvləri arasında ixtilaflar yaratmağa cəhd, gələn prezident seçkilərində kənd təsərrüfatı sahəsində qabaqcıl olan ştatların əhalisi arasında rəğbət qazanıb səs toplamaq üçün çinli həmkarından ABŞ-dan kənd təsərrüfatı əmtəələrinin idxalatını yüksəltməklə, ölkənin xarici siyasətini öz şəxsi ambisiyalarına qurban verməsi kimi digər məsələlər də yer alıb.

Qeyd etmək lazımdır ki, 2018-ci ilin aprelində Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri çalışan Con Bolton 2019-cu ilin sentyabrında onunla arasında yaranmış fikir ayrılıqları səbəbindən tutduğu vəzifədən azad edilmişdi.


Digər xəbərlər


Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Ukrayna xarici işlər naziri ...

Azərbaycan və Ermənistan XİN rəhbərləri bu gün görüşə bilər

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilə bilər. Bunu “Azatutyun”a açı...

Putin-Bayden görüşünün tarixi açıqlanıb

Rusiya və ABŞ Prezidentləri arasında videokonfrans formatında baş tutacaq görüşün tarixi açıqlanıb. “Kommersant” xəbər verir ki, görüş dekabrı...

Milli Məclisin iclası başlayıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Kanal8-in xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən to...

Beynəlxalq ictimaiyyətin Ermənistanla Azərbaycan arasında normallaşma səylərinə dəstək verməsi vacibdir — Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində Niderland Krallığının xarici işlər ...

Azərbaycan XİN başçısı Portuqaliyanın xarici işlər üzrə dövlət naziri ilə görüşüb

Dekabrın 2-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirak...

ABŞ Azərbaycan və Ermənistanı aktiv dialoqa çağırıb

ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT-in İsveçin paytaxtı Stokholmdakı iclasında Vaşinqtonun Bakı və İrəvan arasında birbaşa dialoqun bərpa ol...

Çavuşoğlu həmsədrləri Cənubi Qafqazdakı yeni reallıqları nəzərə almağa çağırıb

“Cənubi Qafqazda davamlı sülh üçün fürsət yaranıb”. Bunu Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Stokholmda ATƏT Xarici İşlər Nazirləri Ş...