İyun 22, 2020

Dağıdılan Alban məbədi və Mədəniyyət nazirliyinin susqunluğu

Zaqatala şəhərinin mərkəzində yerləşən IV-V əsrə aid Alban məbədi Mədəniyyət Nazirliyinin daha bir qurbanıdır. Ermənilər illərdir bu kilsəyə Müqəddəs Qevorq kilsəsi adı verərək özününküləşdirməyə çalışır. Gürcülər də digər tərəfdən qədim alban məbədini özününkü hesab edirlər. Ancaq qədim albanların ibadət yeri olan bu kilsə diqqətdən kənarda qalaraq bu günə düşüb.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev alban abidələri ilə bağlı fikirlərini Kanal8-də səsləndirib.

Zaur Əliyev bildirib ki, illərdir nazirlik abidələri təmir etmək istəmir:

“Bir sual verilən kimi “dövlət tərəfindən heç bir maliyyə ayrılmayıb və yaxın gələcəkdə də gözlənilmir” bəhanəsini edirlər. Bir qədim Alban məbədini təmir etmək bu qədər çox pul aparır məgər?”

Məbədlə bağlı isə Zaur Əliyev bu bilgiləri paylaşıb:

“Məbəd öz ölçülərinə və memarlıq üslubuna görə aid edildiyi dövr məbədlərindən fərqlənir. Ancaq məbəddəki bir sıra elementlərin sonradan əlavə edilməsi məlumdur. Qırmızı kərpicdən inşa olunmuş məbədin geniş sütunlu və üç mərtəbəli zalı zəng qülləsi ilə tamamlanır. Məbədin inşasında şərq memarlığı elementlərindən geniş istifadə olunsa da, bayır divarlarındakı səkkizgüşəli xaçlar diqqəti daha çox cəlb edir. Sovet hakimiyyəti dövründə isə divarlarının boyandığı deyilir. Həmçinin sonradan bu məbəddə yanğın baş verdiyi də bildirilir. 1830-cu ildə Zaqatala qalası salındıqdan sonra buraya köçürülən xristianların ibadət etmələri üçün kilsə xristian əhalisinin istifadəsinə verilib. Belə ki, həmin dövrdə üzərində “bərpa” işləri aparılmış kilsənin xarakteri və quruluşu dəyişdirilərək rus kilsəsi kimi fəaliyyət göstərib. Sovet hakimiyyəti illərində kilsədən yaşayış evi kimi istifadə olunub. Zaqatala Çar Rusiya tərəfindən işğal olunandan sonra 1851-ci ildə Alban kilsəsi əsasında xristian-pravoslav kilsəsi inşa edilib. 1953-cü ilə qədər isə kilsə olaraq fəaliyyət göstərib. Tikintidə əsasən çay daşlarından və bişmiş kərpicdən istifadə olunub. Kilsənin üzərindəki günbəz 12 gözlüdür. Memarlıq baxımından diqqət yetirdikdə kilsənin daxilində T şəkilli sütunlardan istifadə olunduğu görünür. Sütunlar həm də günbəzin saxlanmasında dayaq rolunu oynayır. Əvvəllər kilsənin günbəzə çıxan ayrıca pilləkənləri olub. Pəncərə hissələrinə çöl tərəfdən apsida əlavə olunub.

Kilsənin ətrafında tikilən digər kiçik hücrələr isə ya uzaqdan gələn qonaqların gecələməsi üçün sığınacaq, ya da dini dərslərin keçirilməsi üçün sinif kimi istifadə olunurmuş. Məbədin sol hissəsində geniş sahəyə malik olan zal isə kütləvi ibadətlərin keçirilməsi üçün istifadə olunub. Kilsədə yeraltı yolların olması da ehtimal olunur”.

Hazırda bu məbəd baxımsız vəziyyətdədir. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması şöbəsi isə sadəcə susur.


Digər xəbərlər


Leyla Əliyevanın kitabı fin dilində nəşr olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Açıq pəncərə” şeirlər toplusu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandi...

Şuşada Vaqif Poeziya Günləri davam edir

Şuşada keçirilən Vaqif Poeziya Günlərinin ikinci gününün proqramı da zəngindir. Kanal8 xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtında bir...

Mehriban Əliyeva ilə bağlı iki film hazırlandı — VİDEO

Azərbaycan Televiziyası Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat və fəal...

Şəkiyə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olunub

İyulun 7-də Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolu...

Heydər Əliyev Fondu Şuşada “Qarabağın mədəni irsi” nəşrini təqdim edib

Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hazırlayıb. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını ...

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi keçiriləcək

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2021-c...

Heydər Əliyev Fondunun dəstəyi ilə Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib (FOTO)

Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki katibliyində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib. “Nizami Gəncəvi İli” ...

Xalq rəssamı Tahir Salahovla vida mərasimi keçirilir

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vits...