İyun 22, 2020

Mehriban Əliyeva şəhid qardaşının müalicə xərclərini öz üzərinə götürdü – FOTO

Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva şəhid polkovnik Səməd Abbasovun ailə üzvlərinin müraciətinə dərhal reaksiya verib.

Kanal8 xəbər verir ki, şəhidin ailə üzvləri Unikal.org-a Birinci vitse-prezidentin göstərişi ilə Heydər Əliyev Fondu nümayəndələrinin şəhid Səməd Abbasovun qardaşı, ağır cərrahi əməliyyatdan sonra hazırda reanimasiyada olan Məzahir Abbasovun səhhəti ilə dərhal maraqlandıqlarını və onun müalicə xərclərinin Fond tərəfindən ödəniləcəyini bildiriblər.

Şəhidin ailə üzvləri göstərilən bu diqqət və qayğıya görə həm Azərbaycan Respublikasının Prezidentinə, həm Birinci vitse-prezidentə, həm də Heydər Əliyev Fondunun nümayəndələrinə öz minnətdarlıqlarını bildiriblər:

“Dərhal verilən bu reaksiyaya, şəhidin ailə üzvünə göstərilən diqqətə görə başda cənab Prezident və Birinci vitse-prezident olmaqla, Heydər Əliyev Fondunun nümayəndələrinə sonsuz təşəkkürümüzü bildiririk.

Mehriban xanım çox sağ olsun, göstərdiyi bu diqqət bizdə ağır xəstəlikdən əziyyət çəkən ailə üzvümüzün tezliklə sağalacağına inam yaradıb”.


Digər xəbərlər


TƏBİB-in xəstəxanalarında ödənişli xidmətlərin siyahısı və tarifləri təsdiqlənib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfin...

Ehtiyatda olan polkovnik həbs edilib

Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Elnur Məmmədov həbs edilib. Bu barədə Kanal8-ə Bakı Hərbi Məhkəməsindən məlumat verilib. Bil...

Azərbaycan və Aİ liderləri gələn ay Brüsseldə keçiriləcək üçtərəfli görüşün gündəliyini müzakirə edib

Gələn ay Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli...

Səbuhi Əhmədovun qardaşına 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub — RƏSMİ

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub. Bu barədə Kanal8-ə Dövlət S...

Sentyabr hadisələrində 6 nəfər azərbaycanlı işgəncələrlə öldürülüb — Baş prokurorluq

Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəf...

Baş prokurorluqdan hərbçilərin sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama

Belə ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı...

Araz Əlizadə vəfat edib

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə vəfat edib. Bu barədə onun ailəsindən məlumat verilib. Qeyd olunub ki, A....

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar

2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı...