İyun 22, 2020

«Şərur» MTK mülkiyyətçiləri ayağa qaldırır — Piket üçün müraciət edildi

«Şərur» MTK-nın qanunsuzluqlarından bezən mülkiyyətçilər aksiya üçün BŞİH-ya müraciət edib.

Bakı Şəhəri, Xətai rayonu, Gəncə Prospekti, 2980-2981-ci məhəlləsinin bir qrup sakini adından «Şərur» MTK-nın (Universal Service MTK) uzun müddətdir (sahə mülkiyyətçiləri) mülkiyyət hüquqlarını kobud şəkildə pozduğunu, bununla bağlı BŞİH daxil olmaqla müxtəlif instansiyalara yazdıqları müraciət nəticəsiz qaldığını əsas götürərək piket keçirmək qərarına gəliblər.

Gulustan.info xəbər verir ki, narazı mülkiyyətçilər BŞİH-nın başçısına müraciət ediblər.

Müraciətdə deyilir:

«Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin və «Sərbəst Toplaşmaq Haqqında Azerbaycan Respublikası Qanunu»nun müvafiq maddələrinin verdiyi hüquqlar çərçivəsində aşağıdakı ünvanlarda bir qrup sakinin Piket keçirmək istəyini ifadə edir və bununla bağlı təhlükəsizliyimizin təmin olunması üçün müvafiq göstərişlər verməyinizi Sizdən xahiş edirik».

Piket üçün nəzərdə tutulan ünvanlar:

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 1. — «Şərur» MTK-nın ofisinin qarşısıSəbail rayonu İstiqlaliyyət küçəsi 6. Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıSəbail rayonu N.Rəfibayli küçəsi 7. Respublika Prokurorluğunun qarşısıXətai rayonu Gəncə Prospekti, 2980-2981 ci məhəllə

Səsləndiriləcək şüarlar:

«Mülkiyyət hüquqlarımız təmin olunsun!», «Şərur» MTK rəhbərliyinin qanunsuz əməllərinə son qoyulsun», «Şərur» MTK bizdən əl çək», «Çıxarışımızı verin».

Qeyd edək ki, piket 25 iyun 2020-ci il, saat 15.00-da nəzərdə tutulub.


Digər xəbərlər


TƏBİB-in xəstəxanalarında ödənişli xidmətlərin siyahısı və tarifləri təsdiqlənib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfin...

Ehtiyatda olan polkovnik həbs edilib

Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Elnur Məmmədov həbs edilib. Bu barədə Kanal8-ə Bakı Hərbi Məhkəməsindən məlumat verilib. Bil...

Azərbaycan və Aİ liderləri gələn ay Brüsseldə keçiriləcək üçtərəfli görüşün gündəliyini müzakirə edib

Gələn ay Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli...

Səbuhi Əhmədovun qardaşına 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub — RƏSMİ

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub. Bu barədə Kanal8-ə Dövlət S...

Sentyabr hadisələrində 6 nəfər azərbaycanlı işgəncələrlə öldürülüb — Baş prokurorluq

Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəf...

Baş prokurorluqdan hərbçilərin sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama

Belə ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı...

Araz Əlizadə vəfat edib

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə vəfat edib. Bu barədə onun ailəsindən məlumat verilib. Qeyd olunub ki, A....

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar

2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı...