İyun 22, 2020

Türkiyədə sel və daşqın nəticəsində ölənlərin sayı 5-ə çatıb

İyunun 21-də axşam Türkiyənin Bursa vilayətində sel və daşqın nəticəsində itkin düşən şəxslərdən daha dördünün cəsədi tapılıb. Beləliklə, ölənlərin sayı beşə yüksəlib. Bir nəfərin axtarışı davam edir.

Bursa ilə yanaşı, Sakarya, Eskişehir, Edirne, Kocaeli, Balıkesir, Ordu və digər vilayətlərdə də baş verən güclü sel və daşqın ciddi fəsadlar yaradıb. Güclü külək ağacları qırıb, maşınları sel aparıb. Şəhər mərkəzlərində yollar çöküb. Məhəllələr selin gətirdiyi daş, torpaq, lil yığını, ağac kötükləri ilə dolub. Bərpa və təmizlik işlərinə ağır texnikalar cəlb olunub. Əhaliyə külli miqdarda zərər dəyib.

Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin dəstələri xilasetmə və bərpa işlərini gecə davam etdirib. Daxili İşlər naziri Süleyman Soylu Bursadakı təbii fəlakət bölgəsində olub.


Digər xəbərlər


Azərbaycanda bir gündə neçə nəfər koronavirusa yoluxub? — 22 nəfər vəfat edib

Azərbaycanda bu gün koronavirus infeksiyasına 885 yeni yoluxma faktı qeydə alınıb, 2114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Kanal...

İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France 24” televiziya kanalına müsahibə verib. Kanal8 xəbər ver...

Teymur Musayev şəhid ailələri üzvlərinin müalicəsi ilə bağlı tapşırıq verib

“Sanator Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinin reabilitasiya, müalicə və istirahəti təşkil ediləcək”. Bunu mərkəzin baş direktoru ...

Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. ...

Nərimanov rayonunda avtomobil yollarının yenidən qurulmasına 6,4 milyon manat ayrılıb — SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əl...

DİN Daşkəsən sakinlərinin meyitlərinin minalanmış ərazidən çıxarılmasının yubanmasına aydınlıq gətirib

Daxili İşlər Nazirliyi (DİN) Göygöl-Kəlbəcər rayonları arasında yerləşən minalanmış ərazidən götürülməsinin yubanması ilə bağlı məsələyə aydınlıq...

Gürcüstanın baş naziri Azərbaycana gəlir

Sentyabrın 29-da Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edəcək. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildir...

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti H...