İyun 23, 2020

Pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb.

Kanal8 xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 128 nömrəli Qərarına dəyişiklikdə yer alıb.

Qərara əsasən, “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 128 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 475) 1-ci hissəsində “xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək” sözləri “xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 iyul tarixinədək, xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunan rayonlarda (şəhərlərdə) isə sərtləşmə müddətinin başa çatdığı tarixədək” sözləri ilə əvəz edilib.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.


Digər xəbərlər


Erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyə...

Qəbələ RLS-də faciəvi hadisə: Ölən var

Qəbələ Radiolokasiya Stansiyasında mülki işçini cərəyan vurub. Qəbələ Radiolokasiya Stansiyasında mühzafizəçi kimi çalışan 1981-ci il təvəllüd...

Rusiyada məktəbə silahlı hücum olub: 11 ölü, 112 yaralı

Rusiyanın İjevsk şəhərindəki məktəbində baş verən atışmada ölənlərin sayı artıb. Kanal8 xəbər verir ki, yerli media 11 nəfərin öldüyünü, 112 n...

Azərbaycan Ordusunun növbəti “Komando başlanğıc kursu” başa çatıb

Bu ilin hazırlıq planına əsasən, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Kanal8-ə Müdafiə Nazirliyindən m...

Türkiyə Putinlə Zelenskini görüşdürmək niyyətindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə müzakirə aparacaq. Bunu Türk...

DYP Anım Günü ilə bağlı müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli b...

«Anım Günü» ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, sentyabrın 27-də «Anım Günü» ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçir...

Şuşa, Ağdam və Füzuli istiqamətində oktyabra olan biletlər satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Şuşa, Ağdam və Füzuli şəhərlərinə tə...