İyun 24, 2020

1963-cü il Sumqayıtda “Çörək qiyamı” – TƏFƏRRÜAT

“1963-cü ilin payızında Sovetlər Birliyində Böyük oktyabr sosialist inqilabının 46-cı ildönümünə hazırlıq gedirdi. Bu hazırlıq prosesində Azərbaycan rəhbərliyi qarşısında kütləvi tədbirlər, parad və musiqili gecələr keçirilməsi tapşırığı gəlir. Ancaq ölkədə bu tədbirə hazırlıq planı istənilən kimi getmirdi, çünki ciddi çörək qıtlığı var idi”.

Bu barədə Kanal8-ə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev danışıb.

Qiyamla bağlı Zaur Əliyev bunları deyib:

“Bakı, Sumqayıt, Gəncə, Qarabağ və Naxçıvanda çörək ehtiyatı əhalini görmürdü və taxıl zəmiləri yerində qarğıdalı əkini əmri verən Nikita Xruşova qarşı etirazlar fəhlə-kəndli sinfi ilə yanaşı ziyalıların da narazlığına səbəb olurdu. 1963-ci il noyabr ayının yeddisində Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayişdə Boru Prokat Zavodunun bir qrup fəhləsi əllərində Stalinin portretlərini tutaraq əsas dəstələrdən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya üz tuturlar və mədəniyyət evinin fasadından, Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atıblar. Milislər rezin zopaları işə salsalar da aksiyanın qarşısını almaq olmur. Bakı və digər yerlərdən əlavə polis qüvvələri işə qarışırlar. Moskvadan dərhal aksiyanın nə yolla olursa olsun, dayandırlması əmri verilir. Aksiyanın miqyası genişlənsə idi, Xruşovun hakimiyyətdən getməsi gündəmə gələcək idi.

Rəhbərlik məlumat verir ki, fəhlələrin qiyamının arxasında iqtisadi tələblər dururdu: “Fəhlələr şəhərin çörəklə təminatında yaranmış problemə və qiymətlərin artmasına etiraz edirdilər.”

800-dən çox polis aksiyanı dayandırmaq üçün hadisə yerinə gəlsə də, əhali ciddi müqavimət göstərdi. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatıb. Onların tələbi əhalinin çörəklə təmin edilməsi, ac insanların qarınlarının doydurulması idi. Minlərlə fəhlə şəhər partiya komitəsinin qarşısındakı meydana toplaşmışdı, onlar gah oturur, gah da durub: “Çörək, ət! Ət, çörək!” qışqırırdılar.

Milislər kütləni mühasirəyə alıb meydandan çıxarmağa çalışdılar. Ancaq etirazçılar müqavimət göstərdilər, meydandan çıxmadılar. Milislərə daş, taxta atanlarla yanaşı aksiyanı dağıtmağa gələn hüquq-mühafizə orqanlarının işçilərinin bir neçəsi ağır zədə alır. Etirazçıların sayı isə artıb, narazı kütlənin qarşısını almaq mümkün olmayıb. Onlar şəhərin küçələrinə axışaraq ərzaq dükanlarının, poçtun və digər dövlət qurumlarının inzibati binalarının şüşələrini sındırıblar. Etirazçıların bir qismi isə meydanda öz mitinqlərini davam etdiriblər. Onlar öz çıxışlarında Xruşovu lənətləyərək, onun yarıtmaz siyasəti nəticəsində sosial problemlərin burulğanında batdıqlarını qeyd ediblər. Çörək dükanları dağıdılıb. Rabitə idarəsinə daxil olub kabelləri kəsiblər. İğtişaş milis idarəsinin qarşısında davam edib.

Sumqayıtda baş verənlərlə bağlı 11 noyabr 1963-cü il tarixdə açılmış çinayət işi müstəntiq Arutyunov tərəfindən yekunlaşdırıldıqdan sonra, 8-19 iyun 1964-cü il Ali Məhkəmənin qapalı iclasında təqsirləndirilənlərə hökm oxunub. Çörək qıtlığına görə qiyam etdiyi üçün Miriş Əlimirzə və Səməndər İbrahimov 6, Yaşar Mahmudov və Nikolay Şevçenko 5, Ənvər Mahmudov 4, Asif Bayramov isə 3 il azadlıqdan məhrum ediliblər”.


Digər xəbərlər


Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 18 Sentyabr Milli Musiqi Günü münasibətilə paylaşım edib. Kanal8 xəbər verir ki, paylaş...

Bazar gününə olan hava proqnozu açıqlanıb

Sentyabrın 19-da gözlənilən hava şəraiti açqıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilən məlumata görə, Bakıda və Abşeron ya...

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məluma...

Hollandiya XİN Azərbaycanın müxalifət partiyalarını saxta sənəd verməkdə günahlandırıb

Ramin Hacılı, Qənimət Zahid, Arif Hacılının, Müsavatın Avropa koordinasiya mərkəzinin adları Hollandiya Xarici İşlər Nazirliyinin (XİN) 99 səhifə...

Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilib

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər N...

BMT-dən xəbərdarlıq: “Dünya fəlakətə doğru gedən bir yoldadır”

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, q...

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

18 sentyabr — Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lide...

Nazir yolları bağlatdırdı? - RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi nazir Muxtar Babayevin xidməti avtomobilinin Sumqayıt istiqamətindən keçən zaman yolların bağlanması barəd...