İyun 24, 2020

AQTA-nın yoxlamaları elektronlaşdırılacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlət nəzarəti həyata keçirilir. Bu məqsədlə qanunla müəyyən edilmiş hallarda və qaydada sahibkarlıq subyektlərində yoxlamalar aparılır, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi istiqamətində tədbirlər görülür. Həmçinin Agentliyin 1003 – “Çağrı mərkəzi”nə daxil olan vətəndaş şikayətlərinin araşdırılması məqsədilə sahibkarlıq subyektlərində növbədənkənar monitorinqlər həyata keçirilir.

AQTA-dan verilən məlumata görə, bu sahədə şəffaflığın və operativliyin artırılması, eləcə də sahibkarların hüquqlarının qorunması, həmçinin yerlərdə yoxlamaları həyata keçirən Agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə AQTA tərəfindən innovativ texnologiyalardan geniş istifadə olunur. Belə ki, Agentlik əməkdaşları tərəfindən keçirilən yoxlamaların gedişatının onlayn qeydə alınması, onun mərkəzdən idarə edilməsi, yoxlama materiallarının planşetlər vasitəsilə mərkəzə ötürülməsi və bütün məlumatların Agentliyin vahid məlumat mərkəzində toplanması və idarə edilməsini təmin etmək məqsədilə yeni elektron sistem işə düşüb.

Yeni sistem vasitəsilə Agentlik əməkdaşlarının sahibkarlıq subyektlərinə daxil olduğu andan etibarən yoxlama yekunlaşanadək prosesi Agentliyin Monitorinq Mərkəzində canlı şəkildə onlayn izləmək mümkün olacaq. Eyni zamanda daxil olan bütün məlumatlar sistem vasitəsilə arxivləşdiriləcək ki, bu da sözügedən məlumatların mütəmadi təhlilinin aparılmasına, planlı yoxlamalar zamanı məlumatların təkrar istifadəsinə imkan verəcək. Yoxlama zamanı mübahisəli məqam yarandıqda sistemdə toplanan arxiv bazasına daxil olmaqla istənilən informasiyanı qısa zamanda əldə etmək və araşdırmaların şəffaf və operativ həyata keçirilməsini təmin etmək mümkün olacaq. Eyni zamanda arxivləşdirilmiş məlumatlar müfəttişlərin təlimləri zamanı da əyani vəsait kimi istifadə ediləcəkdir.

Qeyd edək ki, Agentlik bundan sonra da əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi tədbirləri çərçivəsində innovativ metodlardan istifadəni davam etdirəcək.


Digər xəbərlər


Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb

Bu gün Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında növbəti Anlaşma Memorandumu imzalanıb. Kanal8 xəbər verir ki, memorandum 2...

DİN məlumat yayıb

«Vətənə qayıdış yaxınlaşır. İnsanlar tələsir. Anlaşılandır». Bunu Kanal8-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayo...

Noyabrda 67 nəfərin diplomu tanınmayıb

Noyabr ayı üzrə 302 müraciətçinin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarl...

Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANIB

“Ali təhsil sahəsində yeni mərhələ olaraq Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində müzakirələrə başlamışıq”. Bunu tə...

Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb — Nazir

İşğaldan azad edilən Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik Tutxun təzahüründə artıq geoloji-axtarış işlərinə başlanılıb. ...

MN: Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələr...

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb. “Hürkuş” tipli təyyarə hərbi təlim üçün nəzərdə tutulub. Dekabrın 3-də Azərbaycan Ordusunun ...

Azərbaycan Ordusunun artilleriya bölmələri döyüş atışlı təlimlər keçirib

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Müda...