İyun 25, 2020

Karantin rejimi ilə bağlı qərar dəyişdirildi

Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Qurumdan Kanal8- ə verilən məlumata görə, qərara əsasən, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilib:

  1. 1.6-cı bəndin birinci cümləsində “göndərməlidirlər” sözü “göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər” sözləri ilə əvəz edilsin və həmin cümləyə “məlumatlar” sözündən sonra “və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri əlavə edilsin.
  2. Aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavə edilsin:

“1.7-1. “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:

1.7-1.1.tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

1.7-1.2. mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;

1.7-1.3. giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;

1.7-1.4. “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:

  1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçd edilir;
  2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;
  3. icazənin növü seçilir (1 və ya 2);
  4. “Göndər” düyməsi sıxılır;

1.7-1.5. “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;

1.7-1.6. “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.”.

  1. 1.8-ci bəndin birinci cümləsinə “SMS-məlumatda” sözlərindən sonra “və ya E-Təbib” mobil tətbiqində” sözləri əlavə edilsin.
  2. 1.9-cu bəndin birinci cümləsinə “göndərilməsi” sözündən sonra “və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazənin alınması” sözləri və ikinci cümləsinə “göndərilmədən” sözündən sonra “və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan” sözləri əlavə edilsin.
  3. 1.10-cu bənddə “və SMS göndərilməsi” sözləri “, SMS göndərilməsi və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri ilə əvəz edilsin.
  4. 4-cü hissəyə “SMS sistemi” sözlərindən sonra “və ya “E-Təbib” mobil tətbiqi” sözləri əlavə edilsin.
  5. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

“6. Müəyyən edilsin ki:

6.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır;

6.2. bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır;

6.3. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.”.


Digər xəbərlər


Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞİB

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti il...

ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Xovayev (Rusiya) rəsmi Bakı və İrəvana gərginliyin azaldıl...

İctimai nəqliyyat iki gün işləməyəcək

Bu gündən sentyabrın 27-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Kanal8 xəbər verir ki, Nazirlər Kabinet...

Azərbaycanda bəzi məhdudiyyətlər yumşaldılıb

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq,...

BMT-nin İnsan Hüquqları Şurasında Ermənistan bütün mina xəritələrini Azərbaycana verməyə çağırılıb

Cenevrədə yerləşən və BMT-də akkreditə olan Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) proqram koordinatoru Coel Fuks BMT-nin İnsan Hüquqlar...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. N...

Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa ed...

Milli Məclisin iclasının tarixi və gündəliyi AÇIQLANIB

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Sentyabrın 30-da keçiriləcək toplantının gündəliyinə 15 m...