İyun 25, 2020

Karantinlə bağlı dəyişikliyin detalları bəlli olub

Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən 19 iyun tarixli 208 – saylı Qərara dəyişikliklər edilib. Dəyişikliklər 3 hissədən ibarətdir.

Birinci dəyişiklik ondan ibarətdir ki, vətəndaşlar evdən çıxmaq üçün təkcə SMS vasitəsi ilə deyil, həm də E-TƏBİB mobil tətbiqindən istifadə edərək icazə ala biləcəklər.

İkinci dəyişiklik ondan ibarətdir ki, Nazirlər Kabinetinin 208 nömrəli Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş aşağıdakı sahələrdə işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. Bunlar (208 saylı Qərarın əlavəsindəki sıralamaya əsasən):

4.4.gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.11.tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.12.mühəndislik və layihələndirmə xidmətləri;

4.14.qablaşdırma məhsullarının istehsalı;

4.15.daş, metal və taxta məhsullarının istehsalı;

4.16.mebel istehsalı və təmiri;

5.4.zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

5.5.tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

5.6.onlayn satışlar;

6.2.kimyəvi təmizləmə;

6.3.mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

6.4.avtomobillərin təmiri;

6.5.avtomobil yuyulma məntəqələri;

6.6.heyvan sığınacaqları;

9.2.tərcümə xidmətləri.

Üçüncü dəyişiklik isə odur ki, yuxarıda göstərilən 15 sahə üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.


Digər xəbərlər


Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb

Bu gün Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında növbəti Anlaşma Memorandumu imzalanıb. Kanal8 xəbər verir ki, memorandum 2...

DİN məlumat yayıb

«Vətənə qayıdış yaxınlaşır. İnsanlar tələsir. Anlaşılandır». Bunu Kanal8-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayo...

Noyabrda 67 nəfərin diplomu tanınmayıb

Noyabr ayı üzrə 302 müraciətçinin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarl...

Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANIB

“Ali təhsil sahəsində yeni mərhələ olaraq Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində müzakirələrə başlamışıq”. Bunu tə...

Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb — Nazir

İşğaldan azad edilən Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik Tutxun təzahüründə artıq geoloji-axtarış işlərinə başlanılıb. ...

MN: Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələr...

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb. “Hürkuş” tipli təyyarə hərbi təlim üçün nəzərdə tutulub. Dekabrın 3-də Azərbaycan Ordusunun ...

Azərbaycan Ordusunun artilleriya bölmələri döyüş atışlı təlimlər keçirib

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Müda...