İyun 27, 2020

AZAL vətəndaşları sosial şəbəkələrdə təxribat xarakterli məlumatlara uymamağa çağırıb

Daha əvvəl xəbər verildiyi kimi, 26 iyun tarixində AZAL Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlayıb. Təəssüf ki, sosial şəbəkələrdə kənar saytlar tərəfindən biletlərin baha qiyməti əks olunan şəkillər yayılıb.

“Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, rəsmi olaraq bildirilir ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir.

Bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir:

AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.


Digər xəbərlər


Bank kartları üzərində qurulan fırıldaq əməliyyatları ilə bağlı açıqlama

Ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən kart istifad...

Ünvanlı sosial yardımın ödəniş tarixi AÇIQLANIB

Sentyabrın 25-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumat...

Bu həftə bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək

Sentyabrın 24-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Dövlət Sosial Müdafiə Fondundan mə...

“Aİ-95” və “Aİ-98” benzinin qiyməti sabahdan qalxacaq

Azərbaycanda sabahdan etibarən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək. Kanal8 oxu.az-a istinadən xəb...

Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin dəyəri 0,57 ABŞ dolları və ya 0,78 faiz artıb. Nəticədə dünya bazarı...

Pensiyalar bu tarixdə tam ödəniləcək — RƏSMİ

Respublika üzrə pensiyaların sentyabrın 15-də tam ödənilərək, yekunlaşdırılması nəzərdə tutulub. Kanal8 xəbər verir ki, bu barədə Əmək və Əhal...

Mərkəzi Bank banklara göstəriş verib

Tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili və n...

Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin də...