İyun 29, 2020

Azərbaycanı gözləyən təhlükə – Su müharibəsindən qaçmaq olacaqmı?

“Bir neçə gündür ki, Kür çayının azalması ilə bağlı fotolar sosial mediada paylaşılır. Çay qurumaq təhlükəsi ilə yanaşı Xəzərin şor suyunun artıq ona ciddi təsir etməsini görə bilərik. Kür çayı Azərbaycanın əsas su mənbəyi və arteriyasıdır. Çay Türkiyənin, Gürcüstanın və Azərbaycanın ərazisindən axır. Çayın ümumi su toplayıcı sahəsi 188000 km2-dir. 2010-cu ildə Türkiyə öz ərazisində Kürün istiqamətini dəyişsə də bu elə bir ciddi təsir etmədi suyun azalmasına. Ancaq indi Türkiyə öz ərazilərini rahat sulasın deyə Azərbaycanın əsas suvarma və həyat mənbəyi olan Kür çayını qurudur. Daha doğrusu bu yaxınlarda açılış mərasimi olan “Kars barajı” Kürün Azərbaycana gəlib çatmasına maneə yaradır. Ən pisi də budur ki, bizim başqa yolumuz yoxdur, çünki Kür çayının aşağı axarında yerləşirik və ən axırıncı suyu alan da bizik. Kür çayında suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Hətta həyətlərdə qazılmış su quyuları da qurumağa başlayıb”.

Bu fikiri Kanal8-də siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev səsləndirib.

Zaur Əliyev bildirib ki, Türkiyə unudur Sovet İttifaqı ilə arasında 8 yanvar 1927-ci ildə imzalanmış sazişə görə, Kür çayı beynəlxalq çay sayılır və o vaxt SSRİ-nin tərkibində olan, indi isə müstəqil Gürcüstan və Azərbaycanın da sərvətidir:

“Təcrübə göstərir ki, su milli maraqların reallaşdırılması üçün güclü vasitə kimi də çıxış edə bilir. Su qaynaqlarından və təbii və coğrafi vəziyyətindən praqmatik və rasional istifadənin çox tipik bir nümunəsi Türkiyədir. Çox heyf ki, Türkiyə belə siyasətini Azərbaycan üzərində də sınayır.

Bu gün də Kürün Türkiyə hissəsində tikilən bu baraj Azərbaycanla yanaşı Gürcüstanda da su böhranı yarada biləcək. Çayda suyun səviyyəsinin bu qədər aşağı düşməsi həmçinin flora ilə bərabər faunaya da ciddi təsir göstərir. Ən vacib məqamlardan biri isə Kürün delta hissəsində balıqların kürü tökmək üçün dənizdən çaya girə bilməməsidir. Ən təhlükəlisi isə budur ki, Azərbaycanda builki quraqlığın nəticələri öz təsirini növbəti illərdə də göstərəcək. Quraqlıq nəticəsində bu il qurumuş çoxillik bitkilər ən azı 5 ildən sonra normal məhsul verə biləcək. Əgər vəziyyət belə davam etsə, Ağsu, Göyçay, Şamaxı, Səlyan, Neftçala, Sabirabad, Ağdaş, İsmayıllı və digər rayonların aran hissələrindəki fərdi təsərrüfatlar – minlərlə hektar sahəni əhatə edən meyvə bağları quraqlıqdan ciddi şəkildə ziyan çəkəcək. Ağaclar quruduqda isə həmin ağaclardan ən azı 5 il məhsul götürmək problem yaradacaq. Elə rayonlar var ki, orada üzüm, nar və digər meyvə ağacları qurumaq təhlükəsi yaşayır.

Kürdə su axını azalsa, Mingəçevir su anbarının bütövlükdə su ilə doldurulması prosesi zəifləyəcək. Su anbarı da dolmayacağı təqdirdə ordan əldə edilən enerji azalacaq. Habelə, Qarabağ, Yuxarı Şirvan kanalına da suyun çıxması çətinləşəcək. İstər-istəməz bu, aşağı axında da özünü göstərəcək. Beləliklə rayonlarda su böhranı sosial narazıqlılar yaradacaq. İnsanları və təbiəti, heyvanları susuz qoymaq ən böyük sosial partlayış yarada biləcək”.

Alim qeyd edib ki, dövlət mütləq bu problemin həllini tapmalıdır:

“Rəsmilər başa düşməlidilər ki, su problemi çağdaş dünyada o qədər ciddidir, su qıtlığının gələcək müharibələrə yol aça biləcəyi gözlənilir. Ekspertlərin fikrincə, yanacaq-enerji mübahisələri və münaqişələri başlamazdan əvvəl SU MÜHARİBƏLƏRİ baş verə bilər. Dünyada artıq su ehtiyatlarının yaratdığı dövlətlərarası gərginlik nöqtələri mövcuddur. Bunlardan biri də təssüf ki, Azərbaycan ola bilər. Çünki içməli su ilə ölkəni təmin edən Kürün quruması regionda ermənilərlə münasibətdə daha qlobal bir müharibə yarada bilər”.


Digər xəbərlər


Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 18 Sentyabr Milli Musiqi Günü münasibətilə paylaşım edib. Kanal8 xəbər verir ki, paylaş...

Bazar gününə olan hava proqnozu açıqlanıb

Sentyabrın 19-da gözlənilən hava şəraiti açqıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilən məlumata görə, Bakıda və Abşeron ya...

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məluma...

Hollandiya XİN Azərbaycanın müxalifət partiyalarını saxta sənəd verməkdə günahlandırıb

Ramin Hacılı, Qənimət Zahid, Arif Hacılının, Müsavatın Avropa koordinasiya mərkəzinin adları Hollandiya Xarici İşlər Nazirliyinin (XİN) 99 səhifə...

Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilib

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər N...

BMT-dən xəbərdarlıq: “Dünya fəlakətə doğru gedən bir yoldadır”

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, q...

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

18 sentyabr — Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lide...

Nazir yolları bağlatdırdı? - RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi nazir Muxtar Babayevin xidməti avtomobilinin Sumqayıt istiqamətindən keçən zaman yolların bağlanması barəd...