İyun 29, 2020

SMS icazə ilə bağlı daha bir məhdudiyyət tətbiq edildi

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən, bundan sonra SMS icazə sistemindən gün ərzində yalnız bir dəfə istifadə mümkün olacaq:»Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Sui-istifadə halları ilə bağlı xəbərdarlıqlara baxmayaraq, gün ərzində 1 və 2 kodundan istifadə edənlər var idi. Bu kimi sui-istifadə halları çoxaldığından belə bir limit tətbiq olundu ki, gün ərzində yalnız bir dəfə icazə almaq mümkün olsun. Beləliklə, gün ərzində 1 kodundan istifadə edərək icazə alan vətəndaş daha həmin gün 2 kodu vasitəsilə icazə ala bilməyəcək. Həmçinin, 2 kodundan istifadə edərək icazə alan vətəndaş da daha 1 kodu vasitəsilə icazə ala bilməyəcək. Bu məhdudiyyətlərin tətbiqi sui-istifadə hallarının çoxluğundan irəli gəlib».

Dövlət Agentliyi vətəndaşlara tövsiyə edib ki, təxirəsalınmaz tibbi yardımla bağlı 1 kodundan istifadə edən vətəndaş həmin müddət ərzində digər ərzaq ehtiyaclarını da ödəsin.

Qeyd edək ki, daha əvvəl 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi üçün icazə cavabının gəlmə vaxtı 15 dəqiqəyə qaldırılıb.

Məlumat üçün bildirək ki, “E-Təbib” mobil tətbiqi vasitəsilə edilən bu cür müraciətlərə isə 5 dəqiqə ərzində cavab təmin olunur.


Digər xəbərlər


Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 18 Sentyabr Milli Musiqi Günü münasibətilə paylaşım edib. Kanal8 xəbər verir ki, paylaş...

Bazar gününə olan hava proqnozu açıqlanıb

Sentyabrın 19-da gözlənilən hava şəraiti açqıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilən məlumata görə, Bakıda və Abşeron ya...

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məluma...

Hollandiya XİN Azərbaycanın müxalifət partiyalarını saxta sənəd verməkdə günahlandırıb

Ramin Hacılı, Qənimət Zahid, Arif Hacılının, Müsavatın Avropa koordinasiya mərkəzinin adları Hollandiya Xarici İşlər Nazirliyinin (XİN) 99 səhifə...

Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilib

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər N...

BMT-dən xəbərdarlıq: “Dünya fəlakətə doğru gedən bir yoldadır”

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, q...

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

18 sentyabr — Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lide...

Nazir yolları bağlatdırdı? - RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi nazir Muxtar Babayevin xidməti avtomobilinin Sumqayıt istiqamətindən keçən zaman yolların bağlanması barəd...