İyun 29, 2020

Uyğur türklərinə qarşı Çin zülmü – Məcburi abort və hamiləliyin qarşısını alan həblər

Çinin Uyğur Türklərinə etdiyi zülm artmaqda davam edir. Çin hökuməti müsəlman əhalini azaltmaq üçün uyğur türklərinə qarşı kontrasepsiya (hamiləlik əleyhinə həblər) təzyiqlərini genişləndirir.

Kanal8 xəbər verir ki, Pekin rəhbərliyi Uyğur Türklərinin və digər azlıqların doğuş nisbətlərinin azaldılması üçün kəskin tədbirlər görür. Tədqiqatda əvvəllər gündəmdə olan kontrasepsiya təzyiqinin indi daha çox yayıldığı və sistemli olduğu bildirilir.

Rəsmi sənədlərə, hökumət statistikasına, keçmiş məhbusların və keçmiş həbs düşərgəsi təlimatçısının açıqlamalarına əsasən mütəxəssislər Sincan Uyğur Muxtar Bölgəsindəki (Şərqi Türküstan) son 4 ildəki doğum nəzarət repressiyalarını “demoqrafik soyqırım” adlandırırlar.

Buna görə, Çin hökuməti müntəzəm olaraq azyaşlı qadınları hamiləlik müayinələrinə və yüz minlərlə insanı kontraseptiv həblərdən istifadə etməyə və ya digər üsullardan istifadə etməyə məcbur edir. Bir çox qadın təzyiq səbəbindən abort etdirməli olur. Tədqiqatda əhalinin nəzarətə tabe olmayanların kütləvi həbs düşərgəsinə göndərilməklə təhdid edildiyi bildirilir.

Ölkədə kontraseptiv tətbiqlərdə böyük bir azalma olsa da, Sincanda kəskin artım olub. Hökumət məlumatlarına görə, Sincan Uyğur Muxtar Vilayətinin Hotan və Kaşqar şəhərlərində 2015 ilə 2018 arasında doğum nisbətlərinin 60 faizdən çox azalması müşahidə edilib. Sincan bölgəsində doğum nisbətləri azalmağa davam edir. Keçən il Sincanda doğum nisbətlərində yüzdə 24 nisbətində bir azalma yaşansa da, bu nisbət ölkə daxilində cəmi 4.2 olaraq qeyd edilib.

ABŞ Xarici İşlər Nazirliyinin hesabatına görə, Şərqi Türkistanın daxilindəki konsentrasiya düşərgələrində Uyğur, Qazax, Qırğızıstan və digər Türk azlıqlarına mənsub 3 milyona yaxın müsəlman var.


Digər xəbərlər


Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 18 Sentyabr Milli Musiqi Günü münasibətilə paylaşım edib. Kanal8 xəbər verir ki, paylaş...

Bazar gününə olan hava proqnozu açıqlanıb

Sentyabrın 19-da gözlənilən hava şəraiti açqıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilən məlumata görə, Bakıda və Abşeron ya...

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məluma...

Hollandiya XİN Azərbaycanın müxalifət partiyalarını saxta sənəd verməkdə günahlandırıb

Ramin Hacılı, Qənimət Zahid, Arif Hacılının, Müsavatın Avropa koordinasiya mərkəzinin adları Hollandiya Xarici İşlər Nazirliyinin (XİN) 99 səhifə...

Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilib

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər N...

BMT-dən xəbərdarlıq: “Dünya fəlakətə doğru gedən bir yoldadır”

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, q...

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

18 sentyabr — Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lide...

Nazir yolları bağlatdırdı? - RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi nazir Muxtar Babayevin xidməti avtomobilinin Sumqayıt istiqamətindən keçən zaman yolların bağlanması barəd...