Sentyabr 8, 2020

Avropa Məhkəməsi ermənilərin Ramil Səfərovla bağlı iddiasını RƏDD ETDİ

Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Ramil Səfərovla bağlı növbəti iddiasını rədd edib.

Modern.az xəbər verir ki, Ermənistandan olan iki şikayətçi — öldürülən Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı verdiyi şikayət təmin edilməyib.

Avropa Məhkəməsi iddiaçıların hadisənin Azərbaycanla bağlı olması barədə iddialarını geri çevirərək, Qurgen Markaryanın öldürülməsini Ramil Səfərovun şəxsi addımı kimi qiymətləndirib və Azərbaycan dövlətinin hadisəyə heç bir təsrinin olmadığı qənaətinə gəlib.

Digər qərarda da Macarıstanın Ramil Səfərovu Azərbaycana təhvil verməsində də heç bir prosessual pozuntu aşkarlamayadığı bildirilərək, bu ölkəyə qarşı iddialardan da imtina olunub.

İddiaçıların vəkilləri Siranuş Saakyan və Levon Qoryan isə hökmdən Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatasına şikayət edəcəklərini bildiriblər.

Xatırladaq ki, Ramil Səfərov 2004-cü ildə Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb.

O, kursun bitməsinə 20 gün qalmış Ermənistandan olan Qurqen Marqaryanı Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. R.Səfərov 2006-ci ilin aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.
2012-ci ildə Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya edilib və Prezident İlham Əliyev tərəfindən əfv olunub.


Digər xəbərlər


“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...

Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...

Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...

Qəzalı binalara dair müşavirə keçirilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...

DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək

Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...

Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...