Sentyabr 8, 2020

Azərbaycan səhiyyəsində yenilik – Xəstəxana məlumatlarınızı özünüz idarə edin!

Azərbaycanın ilk yerli və tam funksiyalı, beynəlxalq standartlara uyğun xəstəxana məlumatlarının idarəetmə sistemi – “Hisaz” XMİS tələbatları tam şəkildə ödəyən, asan, rahat və sürətli idarəetmə proqramıdır. Məlum olduğu kimi, xəstəxanalar sağlamlıq sisteminin ən əsas hissəsini təşkil edən qurumdur və cəmiyyətdə sağlamlığın qorunması və inkişafı üçün vacib rol oynayan xidmət müəssisəsidir. Bu kateqoriyaları nəzərə alaraq üstünlüklərimizi təqdim edirik:

Az zamanda çox iş;

Asan idarəetmə;Məlumat təhlükəsizliyi;

Müştəri dəstək xidməti (Support).

Digər proqramlardan fərqli olaraq, ölkə hüdudları daxilində fəaliyyət göstərən “Müştəri dəstək xidməti”miz istənilən yaranmış problemi ən qısa zamanda aradan qaldıra və yeni istəkləri də tez bir zamanda həll etmək kimi üstün xidmət təqdim etməkdədir.

“Hisaz” XMİS tamamilə yerli, peşəkar proqramçılar və mütəxəssis həkim heyətinin birgə əməyi ilə ərsəyə gəlib. Sistem xəstəxana məlumatlarına, laboratoriya sistemlərinə, radiologiya görüntülərinin köçürülməsinə, direktor tərəfindən xəstəxananın idarəsi, xərclərin nəzarəti və xəstəxana daxilində baş verən bütün icraedilməkdə olan hərəkətlərin anında izlənilməsi üçün tam uyğun şəkildə hazırlanıb. Sürətlə inkişaf edən, dəyişən, müalicə və xəstə baxımı funksiyaları ilə birlikdə tibbi heyətin təlimi və tibbi araşdırma proseslərində yaxından iştirak edən tibb müəssisələrinin idarə edilməsinə xüsusi diqqətlə yanaşılır ki, şirkət olaraq biz də tibb sahəsində baş verən yenilikləri təqib edir və onları işimizə tətbiq edirik:

“Hisaz” XMİS

“Hisaz” LAB

“Hisaz” PACS

“Hisaz” Mühasibatlıq

“Hisaz” Ailə Həkimliyi

“Hisaz” e-Resept / Əczaxana

“Hisaz” Təcili Tibbi Yardım (TTY)

Həm özümüzə məxsus beynəlxalq sertifikatlı “PACS” sistemi, həm də laboratoriya cihazlarına inteqrasiya öz mütəxəssis heyətimiz tərəfindən yerinə yetirilməkdədir və bu da bizi fərqləndirən əsas üstünlüklərimizdəndir.

Fəaliyyətin əsas məqsədi ilk yerli və tam funksiyalı məhsul olmaqla, səhiyyə sektoru və texnologiya sahəsində tətbiqlərin genişləndirilməsi və imkanların artırılmasına xidmət funksiyasını daşımaqdır.

Proqramın istifadəsi platformalara uyğun olaraq, istər kompüter, istər mobil telefon, istərsə də planşetlərdə mümkündür. Həmçinin, rahat və sadə interfeysə malikdir.

Qeyd edək ki, şirkət beynəlxalq sertifikat (ISO 9001, ISO 27001) və “U.S FDA Cleared” (Food and Drug Administration) təsdiqli “PACS” sistemilə xidmət göstərir.

Hazırda 10-a yaxın xəstəxana, klinika və tibbi laboratoriyalar ilə əməkdaşlıq etməkdəyik və “Hisaz” XMİS ilə beynəlxalq arenada da bir sıra əməkdaşlıqlar etməyə başlamışıq. Gürcüstan, Litva və Özbəkistanda qarşılıqlı çalışdığımız əməkdaşlıq layihələrimiz artıq mövcuddur və fəaliyyət istiqamətlərimizin daha da geniş miqyaslı olması yönündə aktiv şəkildə çalışmaqdayıq.


Digər xəbərlər


“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...

Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...

Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...

Qəzalı binalara dair müşavirə keçirilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...

DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək

Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...

Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...