Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşdü

Xarici İşlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətindən, təşkilat çərçivəsində iştirakçı ölkələrin sayının artımından, təşkilatın sonuncu zirvə görüşünün Bakıda uğurla həyata keçirilməsi və əldə olunmuş nəticələrdən, eləcə də Azərbaycanın Türk Şurası ilə əməkdaşlığından məmnunluqla danışıb.
Türk Şurasının beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı və beynəlxalq platformalarda təşkilatın statusu məsələsi qeyd olunub.
Nazir Türk Şurasının Azərbaycanın təhlükəsizliyinə əsas təhdid olan Ermənistanın təcavüzkar siyasəti ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri, başda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri olmaqla, digər beynəlxalq təşkilatların qərarlarına əsaslanan prinsipial mövqeyini vurğulayaraq, bu xüsusda Baş katibə təşəkkürünü bildirib.
Bağdad Amreyev Azərbaycanın Türk Şurasında iştirakını və rolunu yüksək qiymətləndirib. Sonuncu Bakı Zirvə görüşünün təşkilatın fəaliyyətində keyfiyyətcə yeni bir mərhələ olduğunu qeyd edən Baş katib, hazırda təşkilat çərçivəsində geniş spektrli məsələlər üzrə daha sıx əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsi istiqamətində addımların atıldığını bildirib. Azərbaycanı Türk Şurasına uğurlu sədrliyi ilə təbrik edən, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən və pandemiya ilə mübarizəyə həsr olunan video-görüş formatlı zirvə görüşü, eləcə də digər istiqamətlər üzrə həyata keçirilən video görüşlərdən məmnunluqla bəhs edən Bağdad Amreyev, Azərbaycanın növbəti sədrliyədək təşkilata rəhbərliyi müvəffəqiyyətlə davam etdirəcəyindən əminlik ifadə edib.
Türk Şurasının Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyini hər zaman dəstəklədiyi qeyd olunub.
Görüş zamanı tərəflər, habelə Türk Şurası çərçivəsində geniş sahələr üzrə həyata keçirilən əməkdaşlıq gündəliyi üzrə, növbəti zirvə görüşünün təşkilinə dair, eləcə də təşkilatın gələcək inkişafı yolları ətrafında fikir mübadiləsi aparıblar.
Digər xəbərlər
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Kanal8-in məlumatına görə, təbrikdə deyilir: “Hör...
London Bakı və İrəvanı tezliklə sülh sazişi imzalamağa çağırır
Britaniya Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırır. Bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi parlament...
Azərbaycan XİN Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb. Bu barədə XİN-in Mətbuat xidmət...
Rəsmi Bakı: Ermənistan Baş nazirinin ofisinin bəyanatını qətiyyətlə rədd edirik
Ermənistan Baş nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktl...
Trampla Putinin telefon danışığının vaxtı açıqlanıb
Bu gün Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında baş tutacaq telefon danışığının vaxtı açıqlanıb. TASS xəbər verir k...
Milli Məclisin iclası başlayıb
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Kanal8 xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının...
İlham Əliyev və Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak ediblər
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu k...
Matviyenko: Təyyarə qəzası araşdırılır, obyektiv qiymət veriləcək
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə...