Sentyabr 9, 2020

Ceyhun Bayramov BMT-nin Azərbaycan Respublikasında rezident əlaqələndiricisi qəbul edib

9 sentyabr tarixində Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Kanal8-ə verilən məlumata görə, tərəflər BMT və Azərbaycan arasında qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünün yüksək qiymətləndirildiyi vurğulanıb və hazırda xüsusi sessiyanın yüksək səviyyəli iclasının format və modallıqları üzrə konkret müzakirələrin getdiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələri tərəfindən iki ölkənin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən son təxribat, Ermənistanın öncədən planlaşdırdığı bu hərbi təxribatla güddüyü məqsədləri, eləcə də Azərbaycan tərəfindən bu məsələnin beynəlxalq təşkilatlar çərçivəsində qaldırılması, o cümlədən BMT Baş katibinə məktubun ünvanlanmasından bəhs edib.

Rezident əlaqələndirici Qulam İsakzai iki ölkə sərhədində baş vermiş son insident ilə bağlı BMT Baş katibinin açıqlamasına istinad edib, BMT rəhbərinin bu xüsusda fəal rolunu qeyd edib və BMT-nin münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib.

Görüşdə, habelə cari ildə BMT-nin 75 illiyi ilə əlaqədar birgə tədbirlərin həyata keçirilməsi təşəbbüsləri müzakirə olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.


Digər xəbərlər


“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...

Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...

Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...

Qəzalı binalara dair müşavirə keçirilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...

DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək

Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...

Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...