Gürcüstanda virusla bağlı vəziyyət pisləşir, qaydalar sərtləşdirilir

Ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan hökuməti bir sıra məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.
Bu barədə Gürcüstan hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili İdarələrarası Koordinasiya Şurasının iclasından sonra açıqlama verib.
Ötən gün Gürcüstanda daha 45 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə gündəlik yoluxma sayında yeni anti-rekord qeydə alınıb. Əksər yoluxmalar böyük turist axınının olduğu Acarıstan bölgəsində qeydə alınıb.
“Bir neçə gün əvvəl məhdudiyyətlərin götürüləcəyini və teatr-kinoteatrların bir qisminin sentyabrın 15-dən başlayaraq, digər qisminin isə oktyabrın 1-dən açılacağını elan etdik, lakin epidemioloji vəziyyəti nəzərə alaraq, bu obyektlərin və həmçinin uşaq əyləncə mərkəzlərinin açılışını bir ay, yəni 1 noyabr tarixinə qədər təxirə salmaq qərarı verildi”,-deyə Mezvrişvili qeyd edib.
Bundan əlavə, 10 sentyabrdan etibarən ölkədə ildönümü, toy, şənlik və dini mərasimlərin keçirilməsi qadağan olacaq. Eyni zamanda ictimai kütləvi tədbirlərin keçirilməsi həm qapalı, həm də açıq havadakı məkanlarında qadağan olunacaq.
“Sabahdan etibarən bu ictimai tədbirlər qadağan ediləcək, əvvəllər mövcud olan məhdudiyyətlərə qayıdacağıq – toy, anım və ildönümlərinə qoyulan qadağaları nəzərdə tuturuq. Bu məhdudiyyət qapalı məkanlarda qüvvədədir, amma sabahdan etibarən artıq açıq məkanlara da tətbiq ediləcək”.
O vurğulayıb ki, 200-dən çox insanın iştirakı nəzərdə tutulan mədəni və idman tədbirlərinin keçirilməsi də sabahdan etibarən qadağan olunacaq.
Mezvrişviliyə görə, bu qaydalara riayət edilməməsinə görə müvafiq sanksiyalar tətbiq edilir və cəmiyyət yüksək vətəndaş məsuliyyəti göstərməlidir. Məktəblərdə matən və şənlik tədbirlərinin keçirilməsi də tövsiyə edilmir. Administrasiya rəhbəri vətəndaşlara sosial məsafəni qorumağı və qoruyucu maskalardan istifadə etməyi tövsiyə edib.
Digər xəbərlər
“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...
Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb
“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...
Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...
Qəzalı binalara dair müşavirə keçirilib
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...
İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb
İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...
Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...
DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək
Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...
Məhkəmə Rüfət Səfərov barəsində qərar verib
Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...