XİN-dən açıqlama: Ermənilər Azərbaycanın 1 107 məktəb və 855 uşaq bağçasını dağıdıb

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı açıqlama yayıb.
Kanal8 xəbər verir ki, açıqlamada deyilir:
“Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 28 May 2020-ci il tarixində qəbul etdiyi 74/275 saylı qətnaməyə uyğun olaraq 9 sentyabr tarixi Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan edilib.
Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyalarının tərəfdaşı olan Azərbaycan Respublikası qətiyyətlə və davamlı olaraq uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə dəstək verir.
“Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib.
Etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlılar, o cümlədən məktəblilər, tələbələr və müəllimlər Ermənistandakı doğma torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salındılar. On minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün düşmüş oğlan və qızlar, bu vəziyyətdən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirməyə davam edirlər.
Təmas xətti boyunca yaşayan bir çox məktəblilər, rəsmi atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən heç bir fərq qoyulmadan atəşə məruz qalmaq təhlükəsi altında davamlı olaraq dərslərində iştirak edirlər. Belə ki, yalnız 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan gördü, Ağdam rayonunun Sarıcalı kəndində 220 məktəblinin təhsil aldığı orta məktəb də məhv edildi.
9 sentyabr tarixini Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi dünya ictimaiyyəti ilə birgə qeyd edərək, azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistanın daşıdığı məsuliyyətini vurğulayırıq. Eyni zamanda, bu əlamətdar günün məqsədinin həyata keçirilməsi kontekstində, bütün günahkarların ədalət qarşısına çıxarılması vasitəsilə yuxarıda göstərilən cinayətlərin cəzasızlığına son qoyulmasının son dərəcə vacibliyini vurğulayırıq.
Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinin (822, 853, 874 və 884) tələblərini yerinə yetirməli, on minlərlə azərbaycanlının təhlükəsiz təhsil almaq hüquqlarının həyata keçirməsinə imkan yaratmalıdır. Azərbaycan bu xüsusda beynəlxalq birliyin dəstəyinə və həmrəyliyinə güvənir”.
Digər xəbərlər
“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...
Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb
“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...
Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...
Qəzalı binalara dair müşavirə keçirilib
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...
İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb
İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...
Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...
DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək
Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...
Məhkəmə Rüfət Səfərov barəsində qərar verib
Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...