Sentyabr 10, 2020

Azərbaycanda şirkət rəhbəri həbs edildi – RƏSMİ

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan ayrı-ayrı sahibkarlıq subyektlərinin qanunsuz əməllərinə qarşı prokurorluq orqanları tərəfindən mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Türkiyə Respublikası vətəndaşının müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma nəticəsində “Güllübulaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Adıgözəlov Füzuli Qəşəm oğlunun 2011-2015-ci il tarixlərdə MMC-nin adına Türkiyə Respublikasından müxtəlif məhsullar idxal edib “Güllübulaq” MMC-nin anbarına mədaxil etmədən həmin Cəmiyyətə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəməsinə, habelə malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyərək mənimsəməsinə və bununla da, “Güllübulaq” MMC-ə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Füzuli Adıgözəlovun Cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq 2011-2015-ci illər ərzində ümumilikdə 8 milyon 396 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da əsaslı şübhələr yaranıb.

Qeyd edilən xüsusatlara əsasən 9 sentyabr 2020-ci il tarixdə Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan halların tam və hərtərəfli yoxlanılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər


“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...

Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...

Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...

Qəzalı binalara dair müşavirə keçirilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...

DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək

Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...

Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...