Sentyabr 10, 2020

Lukaşenko son qərarını açıqladı: “Hakimiyyətdən könüllü imtina etməyəcəyəm”

Belarus Prezidenti Aleksandr Lukaşenko iqtidarı könüllü olaraq təslim etmək niyyətində olmadığını söyləyib. Məlumatı Rusiya mediası yayıb. O, ölkəsinin “palçıqda yuvarlanmasına” icazə verməyəcəyini bildirib. Belarus lideri bu barədə yeni Baş Prokuror Andrey Şvedi prokurorluğun işçilərinə təqdim edərkən danışıb. Lukaşenko mövqeyini “bir kişi kimi… “ heç bir anlaşılmazlığın yaranmaması üçün aydınlaşdırmağa qərar verib. “Məni tez-tez qınayırlar ki, “hakimiyyətdən əl çəkmirəm”. Düzgün qınaqdır. İnsanlar məni bunun üçün seçmədilər <…> Hakimiyyət ondan imtina etmək üçün verilmir. 1990-cı illərin ortalarında ölkə palçığın içində idi, hamı ayaqlarını silirdi <…> Belarusun o zamana qayıtmasını istəmirəm”. BelTA dövlət xəbər agentliyi Lukaşenkodan sitat gətirir. “Heç kim (müxalifətçilər) məndən hakimiyyəti palçığa atmağı tələb edə bilməz” deyə Lukaşenko əlavə edib. 9 avqustda keçirilmiş prezident seçkilərindən sonra Belarusda bir aydır etirazlar davam edir. On minlərlə insan səsvermə nəticələrinin saxtalaşdırıldığına inanaraq küçə yürüşlərində iştirak edir. Respublikanın Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarına görə, seçicilərin 80,1% -i hazırkı prezident Aleksandr Lukaşenkoya, 10,1% -i isə əsas rəqibi Svetlana Tixanovskaya səs verib. Daha əvvəl, news.ru saytının yazdığı kimi, Lukaşenko Minskdəki təhlükəsizlik qüvvələrinin sərt davranışından əziyyət çəkən etirazçıları “töküntü” adlandırıb.


Digər xəbərlər


“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...

Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...

Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...

Qəzalı binalara dair müşavirə keçirilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...

DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək

Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...

Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...