Rusiyada vətəndaşlıq almaq və işləmək asanlaşır

Rusiya Daxili İşlər Nazirliyi, Rusiya vətəndaşlığını almaq və əcnəbilərin işə qəbulu prosedurunu sadələşdirəcək yeni federal qanun konsepsiyasını hazırlayıb və konsepsiya hazırda müzakirə mərhələsindədir.
RİA “Novosti” xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri Baş İdarəsinin rəisi Valentina Kazakova deyib.
“Rusiya Federasiyası prezidentinin (Vladimir Putin – Red) göstərişlərini nəzərə alaraq hazırda Daxili İşlər Nazirliyi, federal icra hakimiyyəti orqanları ilə birlikdə xarici vətəndaşların hüquqi statusu haqqında tamamilə yeni federal qanun layihəsi hazırlayır. Və orada, çox dəyişiklik olacağını düşünürük. Rusiya ərazisində qalma müddəti ilə bağlı müəyyən dəyişiklik ediləcək, sənədlərin işlənməsi proseduru sadələşdiriləcək”, deyə o bildirib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi yeni qanunda miqrasiya rejimlərinin bölgüsünü təyin etməyi planlaşdırır:
“Xarici vətəndaş ölkəyə işləmək məqsədi ilə gəlsə, bütün sənədlərini sadə və səmərəli şəkildə tərtib edə biləcək. Bunun üçün müxtəlif elektron qeydlər tətbiq ediləcək. İşəgötürənlərin reyestri, xarici işçilərin reyestri”.
Bundan əlavə Kazakova bildirib ki, Rusiyada əcnəbilərin məşğulluğu üçün prosedurların çoxu sadələşdiriləcək. Çünki hazırda xarici vətəndaşları işə cəlb etmək üçün 30-dan çox seçim mövcuddur.
“İndi olduğu kimi müvəqqəti yaşayış icazəsi institutundan imtina etməyi təklif edirik. Əvvəlcə müvəqqəti yaşamaq icazəsi alınmalı, sonra oturma izni alınmalı, daha sonra şəxs istəsə, vətəndaşlıq almaq üçün müraciət edə bilər”.
DİN rəsmisi qeyd edib ki, federal qanun layihəsinin 2021-ci ildə tam hazır olacaq.
Digər xəbərlər
“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...
Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb
“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...
Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...
Qəzalı binalara dair müşavirə keçirilib
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...
İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb
İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...
Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...
DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək
Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...
Məhkəmə Rüfət Səfərov barəsində qərar verib
Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...