Sentyabr 10, 2020

Yeddi idmançımızın medalları əllərindən alınıb

“Antidopinq qayda pozuntusunu törətmiş və barəsində idmandan uzaqlaşdırılma qərarı qüvvəyə minən bütün idmançıların dopinq nəzarətinin keçirildiyi zaman əldə etdiyi nəticələri ləğv edilməli və müvafiq olaraq medallar geri alınmalıdır. Bununla yanaşı, onların əvəzinə həmin nəticəyə avtomatik nail olmuş idmancıların yerləri bərpa edilməli və müvafiq medallar təqdim edilməlidir”.

Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) bütün aidiyyəti respublika idman federasiyalarına göndərdiyi rəsmi məktubda bildirilir.

Qeyd olunur ki, dopinq nəzarətinin əsas məqsədi idmanda ədalət prinsipinin təmin edilməsi, təmiz idmanın və idmançıların hüquqlarının qorunmasıdır: “Hər hansı bir idmançının qadağan edilmiş maddə və ya üsullardan istifadə etməklə əldə etdiyi nəticələr idmanda ədalət və bərabər imkanlar prinsipinin, habelə yarışlarda iştirak edən digər idmançıların hüquqlarının pozulmasıdır. Bu cür hallarla ciddi mübarizə aparmaqla yanaşı, yarışlarda iştirak edən digər idmançıların hüquqlarının bərpası vacib məsələlərdən biridir. Bu, yarışlarda iştirak edən digər idmançıların karyerası, idman reytinqi və beynəlxalq yarışlarda iştirak imkanları baxımından əhəmiyyətlidir. Bu səbəbdən, qadağan edilmiş maddə və ya üsullardan istifadə edən idmançıların antidopinq qayda pozuntusu törətdikləri yarışlarda əldə edilən nəticələri ləğv edilməli və rotasiya qaydasında sıralama yenidən tərtib olunmalıdır”.

Qeyd edək ki, 2019-cu ildə 5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxıb və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minib. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb.

Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.

Nəticələri ləğv edilən və medalları geri alınan idmançılar siyahısı:

Həsənbəy Həsənzadə (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- I yer

Vasif Səfərov (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- II yer

Orxan Zeynalov (81 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- II yer

Vüqar Şirinov (52 kq) 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku -I yer

Aliyə Müslümova (78 kq)2019-cu ildə keçirilmiş cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi- II yer

Jalə Bayramova 2019-cu ildə keçirilmiş güllə atıcılığı üzrə Azərbaycan çempionatı -I yer

Kamran Orucov (63 kq) 2019-cu ildə keçirilmiş boks üzrə Azərbaycan çempionatı –III yer


Digər xəbərlər


“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...

Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...

Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...

Qəzalı binalara dair müşavirə keçirilib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...

İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...

DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək

Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...

Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...