Anar Ələkbərov Şeyx Əbdülə zəng etdi

Prezidentin köməkçisi Anar Ələkbərov dünən mənə zəng etdi. Səhhətimlə maraqlandı. Bildirdi ki, Heydər Əliyev Fondu müalicəm üçün hər şeyi edəcək.
Bunu Kult.az-a açıqlqmasında xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov səhhəti ilə bağlı danışarkən deyib. O bildirib ki, müalicəsinin xaricdə davam etdirilməsi mümkün olmayıb:
“Xaricdə müalicə məsələsi qaldı. Çünki hazırda pandemiya dövrüdür. Səhiyyəsi yüksək səviyyədə olan ölkələr Azərbaycandan pasiyent qəbul etmirlər”.
Şeyx Əbdül bildirib ki, Prezidentin köməkçisinin göstərişi ilə hazırda yüksək ixtisaslı həkimlər onun sağlamlığının keşiyində dururlar:
“Anar müəllim Afət xanım adında bir nəfəri mənə ayırıb. Ona sürücü də veriblər. Mənimlə mütəmadi maraqlanır. Dərmanlarımı alıb gətirir. Anar müəllim dedi ki, siz müalicənizi hansı şəraitdə və necə istəyirsiniz davam etdirə bilərsiniz. Hazırda müalicəmi “Atlas” klinikasında davam etdirirəm. Burada mənə hər cür şərait yaradılıb”.
Xalq artisti səhhətindəki xərçəng riskindən də danışıb:
“Dörd ay həkim və xəstəxana axtardım. Düzgün diaqnoz qoya bilmirdilər. Dünən müayinədən keçdim. Elə bildilər ki, xərçəng xəstəliyim var. Analizlərin cavabı çıxdı. Çox şükür, hər şey qaydasındadır. Mədəmdə və bronxlarımdadır əsas problem”.
Digər xəbərlər
“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...
Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb
“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...
Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...
Qəzalı binalara dair müşavirə keçirilib
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...
İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb
İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...
Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...
DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək
Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...
Məhkəmə Rüfət Səfərov barəsində qərar verib
Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...