Azərbaycanda 6500-dən çox şəxsin əsassız əlillik təyinatı ləğv edilib

Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə davamlı olaraq aparılan araşdırmalar nəticəsində indiyədək 6500-dən çox şəxsə təyin olunmuş əsassız əlillik təyinatları ləğv edilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, bu təyinatlar üzrə dövlət büdcəsinin illik qənaəti 30 milyon manata yaxındır. Uzunmüddətli dövr üzrə dövlət büdcəsinin qənaəti 700 milyon manatdan yuxarıdır: “Ləğv edilən əlillik təyinatlarından 42 nəfərə dair göndərişlər məhz Füzuli RMX tərəfindən rəsmiləşdirilib. Belə ki, həmin şəxslərə rəsmiləşdirilən göndərişlərdə təqdim olunan məlumatların öz təsdiqini tapmaması, qeyd edilən diaqnozların şişirdilməsi, vətəndaşla bağlı digər elektron informasiya sistemlərində toplanan məlumatların ziddiyyət təşkil etməsi kimi faktlar müəyyənləşdirilib.
Göndərişlərdə qeyd edilmiş məlumatların etibarlılığını ciddi sual atına qoyan bu kimi hallar Tibbi sosial ekspert komissiyalarını daha da diqqətli olmağa, eyni zamanda şübhəli, ziddiyyətli və tam təqdim olunmamış məlumatlar əsasında rəsmiləşdirilən göndərişlər barədə qərar verərkən daha ehtiyatlı olmağa vadar edir.
Bu kimi problemlərin aradan qaldırılması üçün göndərişin rəsmiləşdirilməsində əsas götürülən digər tibbi sənədlərin (epikriz, tibbi rəy və s.) elektronlaşdırılması zəruridir. Bu istiqamətdə Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin gördüyü tədbirlərin qısa müddətdə nəticə verəcəyini əminik”.
Digər xəbərlər
Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır
Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qİda Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yay...
SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb. Kanal8 xəbər verir ki, bunu şirkətin Müşahidə...
Bu şəxslərin də müavinət alması təklif edilib
Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara da vahid aylıq müavinətin ve...
Qızılın qiyməti rekord səviyyəyə çatıb
Qızıl bahalaşmaqda davam edir. Qızılın qiyməti martın 13-də bir unsiya üçün 2953 dollar həddini keçib və yeni rekord vurub. Bank ekspertlər...
Bu məhsullar bahalaşıb - Siyahı
2025-ci ilin fevral ayında istehlak qiymətləri indeksi 2024-cü ilin fevral ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütü...
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığort...
Xankəndi və Şuşada əmək yarmarkaları keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azəriqaz” İstehsalat Birliyi ilə birgə Xankəndi və Şuşa şəh...
Bu təqaüdlər 14 faiz ARTIB
Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Belə ki, bu ildən artımların reallaşdığı təqaüd...