Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri Naxçıvan şəhəri üzərində birgə uçuşlar keçirib – FOTO – VİDEO

Sentyabrın 15-də Bakının Qafqaz-İslam Ordusu tərəfindən erməni-bolşevik birləşmələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin Naxçıvan şəhəri üzərində birgə uçuşları təşkil olunub.
Müdafiə Nazirliyindən Kanal8-ə verilən məlumata görə, bundan əvvəl birinci mərhələsi keçirilən “Sarsılmaz qardaşlıq-2020” Azərbaycan-Türkiyə birgə təlimi və bu gün təşkil olunan uçuşlar Azərbaycan və Türkiyə qardaşlığının, hərbi birliyinin nümunəsidir.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi albay Mustafa Günhan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını, Türk şəhidləri abidəsini və Ana fəryadı xatirə heykəlini ziyarət ediblər.
Helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları nümayiş etdirilib. Bu zəfər bayramında ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” dahi kəlamının fəlsəfəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu göstərir.



Digər xəbərlər
“Wizz Air Abu Dhabi” Əbu-Dabi-Qəbələ aviareysini açır
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşla...
Daha bir restoranda ciddi nöqsanlar aşkarlanıb
“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat ya...
Bu gecə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilə...
Qəzalı binalara dair müşavirə keçirilib
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların ...
İsrailin son zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 400-ü ötüb
İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 404-ə çatıb. Qəzza Səhiyyə Nazirliyi xəbər verir ki, 562 nəfər xəsarə...
Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə Kanal8 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN...
DYP: Bayramla əlaqədar yollarda nəzarət tədbirləri gücləndiriləcək
Novruz bayramı ilə əlaqədar DİN-in Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Kanal8 xəbər verir ki, bu barədə...
Məhkəmə Rüfət Səfərov barəsində qərar verib
Binəqədi Rayon Məhkəməsində ictimai fəal Rüfət Səfərov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə v...